Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən məktəbəqədər təhsil müəssisələrində məmnunluğun qiymətləndirilməsi üzrə sorğunun keçirilməsi üçün satınalma proseduru həyata keçirilir.
Ulusal.az xəbər verir ki, bu işlər “Sosial Tədqiqatlar Mərkəzi” Publik Hüquqi Şəxs tərəfindən həyata keçiriləcək və müqavilənin dəyəri 38.000 AZN təşkil edəcək.
Qeyd edək ki, nazir Emin Əmrullayev, Mərkəzin İdarə Heyətinin sədri isə millət vəkili Zahid Orucdur. Bu sorğu məktəbəqədər təhsil müəssisələrində xidmət keyfiyyətinin qiymətləndirilməsinə və valideyn məmnunluğunun artırılmasına yönəlib.32gun.az






















