image-rt-reklam
image-1backend

Zəngəzur dəhlizi regionun açarıdır – RƏY

image-728x90

Moskva narahatdır, “Tramp yolu” Rusiyanın təsirini sıfıra endirə bilər

“42 km-lik dəmiryol xətti Ermənistanın Kremldən asılılığını azaldacaq”

Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkinin “Moskva və İrəvan arasında “Tramp yolu” müzakirə olunur” açıqlaması hələ də gündəmdədir. Çünki Rusiya rəsmiləri hesab edirlər ki, bu mövzu yalnız ABŞ ilə məhdudlaşmır. Kreml hesab edir ki, regionda real sülhün təmin olunması üçün “TRİİP” layihəsi yüksək səviyyəli dialoqda əksini tapmalıdır. Rusiya “Tramp yolu” marşrutunun əməliyyat detalları və mexanizmləri barədə İrəvandan daha konkret məlumat gözləyir. Göründüyü kimi Rusiya hələ də 10 noyabr üçtərəfli bəyanatında Zəngəzur dəhlizində ona tanınan təhlükəsizlik səlahiyyətlərini yenidən öz üzərinə götürməkdə israrlıdır. Yəni dəhlizə nəzarət etmək istəyir. Dolayısı ilə bu o deməkdir ki, Rusiya Zəngəzur dəhlizi uğrunda müxtəlif formada və metodlarla rəqabət aparacaq. Lakin bunun nə dərəcədə uğurlu olub-olmaması Ermənistanın davranışlarından və 2026-cı ildə keçiriləcək seçkilərin nəticəsindən asılı olacaq.
Millət vəkili Nəsib Məhəməliyev “Sherg.aza açıqlamasında bildirib ki, Rusiyanın Ermənistana ciddi təsirləri danılmazdır. Deputatın fikrincə, Kreml İrəvana təsir rıçaqlarını işə salaraq, Zəngəzur dəhlizi ilə bağlı narahatlıqlarını aradan qaldırmağa çalışır: 
“Moskva düşünür ki, “TRİPP” layihəsinin reallaşması Rusiyanın Cənubi Qafqazda təsir dairəsini məhdudlaşdıracaq, hətta sıfıra endirəcək. Ona görə də çalışır ki, “Tramp marşrutu”nda rolu, hər hansı formada iştirakı təmin olunsun. Ermənistanın bütün dəmiryolları Rusiyanın müvafiq qurumuna məxsusdur, yəni onun filialıdır. Ancaq söhbət ondan gedir ki, Zəngəzur ərazisindən keçəcək 42 km.lik məsafədə, yəni “TRİPP” adlanan hissədə dəmiryol xətti mövcud deyil. İrəvan hökuməti 42 km.lik dəmiryol xəttini Rusiyanın iştirakı, müdaxiləsi olmadan inşa etmək niyyətindədir. O halda Zəngəzur dəhlizində Rusiyanın təsiri olmayacaq. Ermənistan Təhlükəsizlik Şurası katibinin Rusiyaya səfəri çərçivəsində “TRİPP” layihəsinin müzakirə olunacağı şübhəsizdir. İrəvan kifayət qədər çətin vəziyyətdədir və Rusiya ilə məsələni danışıqlar yolu ilə həll etməyə çalışır. Paşinyan Qərb-Rusiya arasında balanslı siyasətə üstünlük verir. İstənilən halda Rusiyanın Ermənistana təsir rıçaqlarını, Gümrüdəki 102-ci hərbi bazanın mövcudluğunu gözardı etmək olmaz. Bakıdan fərqli olaraq İrəvana Kremlin təzyiqləri güclüdür. Azərbaycan siyasi-iqtisadi cəhətdən müstəqil ölkədir. Hətta lazım olarsa, Rusiya bazarından da imtina edə bilərik, çünki alternativlərimiz var. Ancaq Ermənistan “Qərbə inteqrasiya” yolunu tutsa da, Rusiyadan tezliklə və birmənalı uşaqlaşma ehtimalı azdır”.
 
Parlamentari əlavə edib ki, Zəngəzur dəhlizinə adi yol kimi baxmaq doğru deyil: 
“Bu dəhliz strateji əhəmiyyətinə görə gələcək yüzilliklər üçün də önəm kəsb edir. Şərq-Qərb nəqliyyatına, beynəlxalq logistikaya kim nəzarət edəcəksə, region da onun nəzarətində olacaq. Mərkəzi Asiya ölkələrinin liderlərinin ABŞ-yə səfəri, Avropa Birliyi rəsmilərinin Mərkəzi Asiya dövlətlərinə gəlişi təsadüfi deyil. Qərb tərəfindən Mərkəzi Asiya ölkələrinə 12 milyard avro dəyərində investisiya paketi təqdim olunub. Bu, ABŞ və Avropanın Şərq-Qərb dəhlizinə yüksək marağının göstəricisidir. Dünya qlobal nəqliyyat kommunikasiya xəttinə fokuslanıb və bu marşrutun açar ölkəsi Azərbaycandır, Zəngəzur dəhlizidir. Yaxın dönəmdə Zəngəzur dəhlizinə nəzarət uğrunda Qərb-Rusiya mübarizəsinin daha da şiddətlənəcəyinin şahidi olacağıq”.
image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90