image-rt-reklam
image-1backend

“Ramiz Mehdiyev Rəsul Quliyevi hakimiyyətə gətirmək istəyirdi” – “Heydər Əliyev dedi ki, o məni iki dəfə satıb…”

image-728x90

“Ramiz Mehdiyev bağ evinə məni çağırıb dedi ki, Heydər Əliyev heç vaxt özündən başqa heç kəsi fikirləşmir, onsuz da yaşlanıb, idarə edə bilmir. Bu, bizi bir dəfə pis vəziyyətə qoyub, ona görə indidən tədbirimizi görməliyik, hakimiyyət məsələsini həll etməliyik. Yəni Rəsulla (eks-spiker Rəsul Qulyev-red) bunu barışdırıb, onun hakimiyəətə gəlməsinə razılıq verim”.

Ulusal.az xəbər verir ki, bunu Xalq hərəkatının liderlərindən olmuş Nemət Pənahlı “TV Müsavat”ın efirində deyib. O, bildirib ki, R.Mehdiyevə sərt cavab verib və bu niyyəti Heyədr Əliyevə qarşı xəyanət adlandırıb.

N.Pənahlı vurğulayıb ki, Mehdiyevin bu xəyanəti barədə mərhum prezident Heydər Əliyevə məlumat verib: ”Onun dediyini olduğu kimi deyirəm. Dedi ki, Ramiz Mehdiyev satıqn və şərəfsizin biridir. Şəxsən məni iki dəfə satıb. Amma mənim başqa kadrım yoxdur, məcburam, bunlarla işləyim”.

N.Pənahlı əlavə edib ki, söhbət 1995-ci il parlament seçkilərinə hazırlıq ərəfəsində olub.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90