image-rt-reklam
image-908060_srcbackend

Tramp əmr VERDİ: nüvə silahı sınaqlarına dərhal başlayın

image-728x90

ABŞ prezidenti Donald Tramp Müdafiə Nazirliyinə (Pentaqona) nüvə silahı sınaqlarına “digər ölkələrlə eyni səviyyədə” başlamaq barədə göstəriş verib. Ulusal .az xəbər verir ki, bu barədə o, sosial şəbəkə Truth Social hesabında paylaşım edib.

Trampın sözlərinə görə, qərar digər ölkələrin nüvə proqramları ilə əlaqədardır:

“Bu proses dərhal başlanacaq”, – deyə ABŞ prezidenti vurğulayıb.

O əlavə edib ki, Birləşmiş Ştatlar hazırda “dünyada ən çox nüvə silahına malik ölkədir” və bu, onun ilk prezidentlik dövründə həyata keçirilən modernləşdirmə proqramları sayəsində mümkün olub.

Məlumata görə, Tramp bu paylaşımı Çin lideri Si Cinpinlə şəxsi görüşündən az əvvəl edib. Daha sonra Cənubi Koreyada keçirilən görüş zamanı jurnalistlər onun bu qərarı barədə sual versələr də, prezident cavab verməkdən imtina edib:

“Təşəkkür edirəm, çox sağ olun”, – deyə Tramp qısa cavab verib.

ABŞ lideri bildirib ki, hazırda nüvə arsenalına görə ABŞ birinci, Rusiya ikinci, Çin isə “böyük fərqlə” üçüncü yerdədir. Onun sözlərinə görə, Çin beş il ərzində bu fərqi azalda bilər.

Hazırda Trampın tammiqyaslı nüvə partlayışlarını, raket daşıyıcılarının sınaqlarını, yoxsa yalnız partlayışsız – subkritik – testləri nəzərdə tutduğu bəlli deyil.

Qeyd edək ki, ABŞ sonuncu dəfə tammiqyaslı nüvə sınağını 1992-ci ildə həyata keçirib. Vaşinqton 1996-cı ildə imzalanmış, lakin ratifikasiya olunmamış Nüvə Sınaqlarının Qadağan Edilməsi üzrə Hərtərəfli Müqaviləyə (CTBT) qoşulub. O vaxtdan bəri ABŞ Nevada poliqonunda yalnız subkritik – partlayışsız – yeraltı sınaqlar aparır.

SSRİ dövründə Rusiyanın son nüvə sınağı 1990-cı ildə keçirilib. Moskva CTBT-ni həm imzalayıb, həm də ratifikasiya edib, lakin 2023-cü ildə imzasını geri çəkib. ABŞ isə bundan əvvəl Rusiyanı sınaq moratoriumunu pozmaqda ittiham etmişdi.

Trampın açıqlaması Rusiyanın son hərbi elanlarından bir neçə gün sonra gəlib. Belə ki, Rusiya prezidenti Vladimir Putin nüvə enerjisi ilə işləyən “Burevestnik” qanadlı raketinin uğurlu sınağını təsdiqləmişdi. Oktyabrın 29-da isə o, Moskvadakı hərbi hospitalda “Poseydon” adlı atom mühərrikli pilotsuz aparatın sınaqları barədə məlumat verib. Putinin sözlərinə görə, “Poseydon”un zərbə gücü Rusiyanın “Sarmat” qitələrarası raketindən dəfələrlə çoxdur və “onun sürəti və hərəkət dərinliyi baxımından dünyada analoqu yoxdur”.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90