image-rt-reklam
image-1backend

“Qarabağ”dan daha bir uğur: 10-cu futbolçusu…

image-728x90

Azərbaycan Premyer Liqasında 2024/25 mövsümünə yekun vurulub.

Ulusal.az Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, çempionatın bombardiri “Qarabağ”ın futbolçusu Leandro Andrade olub. Portuqaliyalı yarımmüdafiəçi mövsümdə 15 qol vurub.

O, ilk dəfə Premyer Liqanın bombardiri mükafatını qazanıb.

Ardıcıl 4-cü, tarixdə 10-cu dəfə “Qarabağ”ın futbolçusu Azərbaycan çempionatlarının ən məhsuldar oyunçusu olub. Ağdam klubu oyunçularının bombardirliyi sayında rekordçudur.

MÖVSÜM FUTBOLÇU KLUB QOL
1992 Nazim Əliyev “Xəzər” 39
1993 Samir Ələkbərov “Neftçi” 16
1993/94 Musa Qurbanov “Turan” 35
1994/95 Nazim Əliyev “Neftçi” 26
1995/96 Rövşən Əhmədov “Kəpəz” 23
Fazil Pərvərov “Kəpəz” 23
1996/97 Qurban Qurbanov “Neftçi” 34
1997/98 Nazim Əliyev “Dinamo” 23
1998/99 Alay Bəhramov “Viləş” 24
1999/00 Badri Kvaratsxeliya “Şəmkir” 16
2000/01 Paşa Əliyev “Dinamo-Bakılı” 13
2003/04 Samir Musayev “Qarabağ-Azərsun” 20
2004/05 Zaur Ramazanov “Karvan” 21
2005/06 Yakuba Bamba “Karvan” 16
2006/07 Zaur Ramazanov “Xəzər-Lənkəran” 20
2007/08 Xaqani Məmmədov ”İnter” 19
2008/09 Valter Quqlemon “İnter” 17
2009/10 Fərid Quliyev “Standard” 16
2010/11 Georgi Adamiya “Qarabağ” 18
2011/12 Bahodir Nasimov “Neftçi” 16
2012/13 Nikolas Kanales “Neftçi” 26
2013/14 Reynaldo Silva “Qarabağ” 22
2014/15 Nurlan Novruzov “Bakı” 15
2015/16 Dani Kintana “Qarabağ” 15
2016/17 Filip Ozobiç “Qəbələ” 11
Rauf Əliyev “İnter” 11
2017/18 Baqali Dabo “Qəbələ” 13
2018/19 Mahir Emreli “Qarabağ” 16
2019/20 Baqali Dabo “Neftçi” 7
Mahir Mədətov “Qarabağ” 7
Stiven Monroz “Neftçi” 7
Peyman Babayi “Sumqayıt” 7
2020/21 Namik Ələskərov “Neftçi” 19
2021/22 Kadi Borqes “Qarabağ” 12
2022/23 Ramil Şeydayev “Qarabağ” 22
2023/24 Olavio Juninyo “Qarabağ” 20
2024/25 Leandro Andrade “Qarabağ” 15
image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90