image-rt-reklam
image-1backend

“Qalatasaray” məşhur qapıçı ilə anlaşdı

image-728x90

Fernando Musleranın gedişindən sonra qapıçı axtarışında olan “Qalatasaray”ın yeni qolkiperinin kimliyi açıqlanıb.

Ulusal.az xəbər verir ki, bu iddia ilə jurnalist Alfredo Pedulla çıxış edib.

O, X adlı sosial media hesabında bu barədə yazıb: “Bu gün vacib bir gündür. Türk klubu “Mançester Siti”yə təklifini artırmağa çalışacaq (əvvəlki təklif 7-8 milyon, üstəgəl bonuslar idi). Artıq “Qalatasaray” qapıçı ilə anlaşıb”.

Qeyd edək ki, “Mançester Siti” Edersonu 2017-ci ildə “Benfika”dan 40 milyon avroya transfer edib. 31 yaşlı qolkiper 2017-ci ildən çağırıldığı Braziliya millisində 17 oyun keçirib.Qaynarinfo

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90