Lerik Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri zamanı narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən paytaxt sakinləri Aqil Məmişov və Nurlan Bayramov saxlanılıblar.
DİN-in mətbuat xidmətinin Lənkəran regional qrupundan Ulusal.az-a verilən məlumata görə, onlardan 1 kiloqramdan artıq marixuana aşkarlanaraq götürülüb. Hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar aparılır.