image-rt-reklam
image-1backend

“Pokrovska 7-8 kilometr qalıb” – Rusiya Kurska əhəmiyyət vermir və Donbasda irəliləyir

image-728x90

Kursk vilayətində kifayət qədər böyük əraziləri itirməsinə baxmayaraq, Rusiya buna elə də ciddi əhəmiyyət vermədən Donbasın işğalını davam etdirir.

“BİLD” nəşrinin tanınmış analitiki Julian Repkenin fikrincə, Donetsk vilayətində Ukrayna Silahlı Qüvvələri üçün vəziyyət fəlakətlidir. Belə ki, rus ordusu əhəmiyyətli nəqliyyat qovşağının yerləşdiyi Pokrovskun 7-8 kilometrliyinə çatıb.

Həmçinin bildirilir ki, rus qoşunları Toretsk şəhərinin şərqinə – Drujba və Severnı bölgələrinə doğru irəliləyib. Bu barədə “Deep State” analitik layihəsinin yenilənmiş məlumatlarında deyilir.

Hələ avqustun 17-də məlum idi ki, ruslar Donetsk vilayətinin Nikolayevka kəndini, avqustun 13-də isə daha üç yaşayış məntəqəsini: Lisiçnoye, İvanovka, Sviridonovkanı ələ keçiriblər. Bununla yanaşı, hazırda Donetsk vilayətindəki Nyu-York yaşayış məntəqəsi uğrunda döyüşlər davam edir: “Düşmən Severnıda, Drujbada, Zavetnıda, Novoqrodovka və Qriqoryevka yaxınlığında irəliləyib. Nyu Yorkda döyüşlər davam edir”.

Qeyd edək ki, bir gün əvvəl Rusiya Müdafiə Nazirliyi Nyu-York kəndinin tam ələ keçirildiyini açıqlamışdı. “Deep State” isə məntəqə uğrunda döyüşlərin davam etdiyini bildirir.

Onu da qeyd edək ki, artıq Pokrovskda əhalinin evakuasiyasına başlanılıb. Bu, şəhərin növbəti Baxmuta və viran qoyulmuş digər şəhərlərinə çevriləcəyindən xəbər verir.“AzPolitika.info”

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90