image-rt-reklam
image-68809c04ce0c068809c04ce0c1175325901268809c04ce0be68809c04ce0bfbackend

Özcan Denizin bütün əmlakına həbs qoyuldu

image-728x90

Məşhur sənətçi Özcan Deniz, 22 il boyunca menecerliyini edən qardaşı Ercan Deniz ilə yaşadığı gərginlikdən sonra həm hüquqi, həm də iqtisadi baxımdan çətin bir dövrə qədəm qoyub.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bir vaxtlar birlikdə çalışan və səhnə arxasında çiyin-çiyinə dayanan iki qardaşın münasibətləri son illərdə tamamilə pozulub. Ticarət ortaqlıqlarının sona çatmasından sonra başlayan anlaşılmazlıqlar, mülk məsələsi və təhdid xarakterli ifadələr səbəbilə məhkəməyə çıxarılıb.

Hadisələrin ictimaiyyətə sızması ailədaxili bu böhranı daha geniş auditoriyanın diqqətinə gətirib. İddialara əsasən, Ercan Deniz bankdan aldığı böyük məbləğdə krediti ödəmədiyi üçün, banklar ipoteka qoyulmuş əmlaklara yönəlmək əvəzinə, birbaşa olaraq zamin olan Özcan Denizin şəxsi gəlirinə və mülklərinə qarşı icra tədbirləri görüblər.

Özcan Denizin hüquqşünasları, əmlaklarına qoyulan həbs qərarına qarşı məhkəmə orqanlarına rəsmi şəkildə etiraz ediblər. Hüquqi proses davam edərkən, sənətçinin yaşadığı bu maliyyə çətinliyinin onun həm karyerasına, həm də psixoloji durumuna mənfi təsir etdiyi bildirilir.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90