image-2000x150
image-img-20230326-wa0010backend

Otuz ilə yaxın müddət ərzində torpaqlarımız işğal altında idi

image-728x90

Ermənistan xalqımıza qarşı etnik təmizləmə işləri aparırdı. Yüz minlərlə azərbaycanlı öz doğma torpaqlarından didərgin salınmış, qaçqın, köçkün vəziyyətinə düşmüşdür. Xalqımıza qarşı soyqrımı törədilmişdir, ədalətsizlik törədilmişdir, hərbi cinayətlər törədilmişdir.

Düşmən 30 ilə yaxın bir dövrdə Qarabağda qəsb etdiyi şəhər və kəndlərimizi xaraba qoymaqla bərabər, kənd təsərrüfatına yararlı münbit və məhsuldar torpaqlarımızı, örüş-otlaq sahələrimizi, təbii sərvətlərimizi də istismar edib, mövcud 160 müxtəlif qiymətli metal yatağını talayıb. Bundan sonra həmin təbii sərvətlərimiz regionun iqtisadiyyatının bərpası və yenidən qurulması prosesində önəmli rol oynayacaq, xalqımızın rifahına yönəldiləcək. Bu isə son nəticədə qeyri-neft sektorunda yeni gəlirlərin əldə edilməsini, iş yerlərinin yaradılmasını, ixrac potensialımızın artırılmasını şərtləndirəcək.

 

Ermənilər 30 il ərzində işğal altında qalan torpaqlarımıza, sözün əsl mənasında, zülm ediblər. Torpaqlarımız ermənilər tərəfindən kortəbii şəkildə, barbarlıqla istismar olunub. Üzüm, taxıl, pambıq sahələrimiz, meyvə bağlarımız tikanlığa çevrilib, viran edilib, meşələrimiz qırılıb, bulaqlarımız quruyub. Bu torpaqlara qarşı ekoloji terror törədilib. Müzəffər Ali Baş Komandan İlham Əliyev işğal altında olan torpaqlarımızı təkcə azad etməyib, həm də zülmdən qurtarıb.

Çoxsaylı maddi mədəniyyət nümunələrinin bir hissəsi tarix boyu müxtəlif basqınların, müharibələrin nəticəsində, eləcə də zaman-zaman bu yerlərə köçürülən, tarixi torpaqlarımıza sahiblik edən ermənilər tərəfindən dağıdılsa da, bir hissəsi də erməniləşdirilərək mənimsənildi. Amma bir fakt da var ki, daşlara yazılmış tarixi, yaddaşı pozmaq və ya dəyişmək heç də həmişə yadellilərə nəsib olmamışdır. Doğrudur, ermənilər özününküləşdirə bilmədikləri türk abidələrini yerlə-yeksan edir, izini itirməyə çalışırdılar. Bütünlüklə Ermənistanda abidələrə qarşı səlib yürüşü elə sovet hakimiyyəti illərində də həyata keçirildi. Sürətlə addəyişmə başladı. Hələ sovet dövründə Ermənistan adlanan qədim Oğuz yurdunda azəri türklərinə məxsus toponimlər dəyişdirildi. Yüzlərlə şəhər, kənd, qəsəbə, dağ, çay, dərə, bulaq və tarixi abidələrin adları erməniləşdirildi. Toponimin özü də millətin mənəvi abidəsidir.

 

Azərbaycanda mülki əhaliyə qarşı terrorçu fəaliyyətin bilavasitə Ermənistan Respublikasının dövlət orqanları və separatçı qurum tərəfindən üçüncü ölkə vətəndaşları, Azərbaycan Respublikasının azsaylı xalqlarının nümayəndələri, hərbi əsir və girovlardan istifadə ilə təşkili, maliyyələşdirilməsi və reallaşdırılmasına cəhdlər göstərilmişdir.

 

Azərbaycan müstəqiliyini bərpa etdikdən sonra ölkəmizin ictimai-siyasi həyatında baş verən hadsələrin bəziləri acı, bəziləri isə şirin xatirə kimi yaddaşlara əbədi həkk olunub. Bu müddət ərzində ölkəmizin beynəlxalq aləmdəki reytinqi getdikcə yüksəlib. Postsovet ölkələri ilə müqayisədə Azərbaycanın dünya birliyində qazandığı uğurlar daha yaddaqalan olmuşdur. Qısa müstəqillik tarixində bir sıra nüfuzlu beynəlxalq qurumlara sədrilk etmək, kosmik ailənin üzvü olmaq, orbitə süni peyk buraxmaq, dünyanın ən qüdrətli 50 ordusundan birni formalaşdırmaq hər ölkəyə nəsib olmur. Azərbaycan isə bu uğurları əldə edib.

 

Azərbaycan xalqı 30 ildə yorulmadan, dövlətini möhkəmləndirərək bu möhtəşəm Qələbə xəbərini səbirsizliklə gözləyirdi. Fərəhləndirici haldır ki, heç bir beynəlxalq ədalətsizlik, heç bir əziyyət xalqımızın qələbəyə inamını sarsıtmadı, Azərbaycan xalqının, dövlətinin, onun liderinin iradəsinə təsir etmədi. Hər ötən gün xalqımız Prezident İlham Əliyevin ətrafında getdikcə daha sıx birləşdi, birliyimiz hər gün daha da gücləndi. Məhz xalq-dövlət-ordu birliyi sayəsində Azərbaycanın işğal altında olan torpaqları azad olundu. Ancaq bütün qələbələrin əsasında, əlbəttə ki, Prezident İlham Əliyevin mükəmməl diplomatik bacarıqları, dövlət maraqlarının təmin olunmasına istiqamətlənmiş xarici siyasət kursu dayanırdı.

Ermənilər, işğal altında saxladıqları ərazilərimizdə yaşayan yerli azərbaycanlıların normal həyat tərzini zorakı şəkildə pozaraq bu xalqın, işğal altında sahibsiz qalan milli-mədəni dəyərlərini, geyimlərini, memarlıq sənətinin nümunələrini, inanc yerlərini, ibadət yerlərini, musiqi əsərlərini, musiqi alətlərini və digər sənət əsərlərini və tətbiqi sənət numunələrini, o, cümlədən folklorunu, toponimlərini, mətbəxini eləcədə əsərlərimizin yazılı nümunələrini birdəfəlik və ya tədricən yox edilməsini və ya mənimsənilməsini hədəf goturərək, bütün milli mədəni dəyərlərimizin planlı və sistemli bir şəkildə məhv edilməsini və ya erməniləşdirilməsini həyata keçirməyə çalışmışlar.

 

44 gün davam edən Vətən Müharibəsi tariximizin, eləcə də Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Azərbaycan xalqı öz liderinin – müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi.

 

Vətən müharibəsində xalqımız tarixində olmadığı dərəcədə yüksək birlik, həmrəylik nümayiş etdirdi, daxildəki həmrəylik, milli birlik, vahid amal uğrunda birləşdi. Ay yarım davam edən bu savaş xalq-iqtidar birliyindən güc alan Azərbaycanın qüdrətinin, milli birliyinin sarsılmazlığının göstəricisi oldu. Eyni zamanda Azərbaycan xalqının qazandığı zəfərin möhtəşəmliyi ölkə başçısı İlham Əliyevin mümkünsüzü mümkünə çevirmək qüdrətindən bəhrələndi. Böyük qələbə son əsrlərin ən böyük torpaq qazancı, münaqişənin birdəfəlik bitməsi, Qarabağla yanaşı, Naxçıvanın Vətənimizin Şərq torpaqlarına birləşməsi, dünya Azərbaycanlılarının bir yumruq kimi bir olması ilə tarixə yazıldı.

 

30 il düşmən tapdağı altında qalan əzəli-əbədi yurd yerlərimiz Cənab Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti və Ordumuzun şücaəti ilə cəmi 44 günlük müharibə ərzində geri qaytarıldı.

 

Müzəffər xalqımız artıq müqəddəs torpaqlarımıza ayaq basır. Erməni vandalları tərəfindən bu 30 ildə doğma şəhər və kəndlərimiz, tarixi abidələrimiz, müqəddəs yerlərimiz uçurdulub, dağıdılıb.

Artıq bu yerlərdə yollar çəkilir, evlər, obyektlər, xəstəxanalar, məktəb binaları tikilir və başqa infrastruktur layihələr yerinə yetirilir. Geri qaytarılmış torpaqlarımızda bərpa işləri olduqca sürətlə gedir.

Ölkəmiz hərtərəfli inkişaf edir.

Regionlarda da infrastruktur layihələr yüksək səviyyədə həyata keçirilir.

Quliyeva Minarə Nazim qızı

Azərbaycan Dövlət Pedaqoji Universiteti

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90