image-rt-reklam
image-1backend

İranın nüvə obyektlərinə yenidən hücum olacaq – Zaxarova Rusiyanın narahatlığını dilə gətirdi

image-728x90

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova İranın nüvə obyektlərinə yenidən hücum ediləcəyi təhdidindən dərin narahatlıq ifadə edib. Moskva hesab edir ki, ABŞ və müttəfiqlərinin İranı nüvə silahı əldə etməyə yönəlmiş kimi göstərməsi tamamilə əsassızdır və bu narahatlıq maskası altında yeni təzyiq siyasəti yürüdülür.

Zaxarova vurğulayıb ki, İranın nüvə proqramı ilə bağlı dialoq yolu hələ də əsas vasitədir və İran, Rusiya, Çin arasında danışıqlar bunun əyani sübutudur. Lakin eyni zamanda, Zaxarova İranın nüvə obyektlərinə gələcək hücumların qarşısını almaq üçün Beynəlxalq Atom Enerjisi Agentliyi ilə əməkdaşlığını bərpa etməsini şərt kimi qoyub.

Bu açıqlama ABŞ prezidentinin Böyük Britaniya baş naziri ilə birgə bəyanatından 1 gün sonra verilib. Xatırladaq ki, Donald Tramp “İran nüvə imkanlarını bərpa edərsə, biz ictimai hücumlara keçəcəyik” – deyərək açıq şəkildə təhdidlər səsləndirmişdi.

İran isə “təcavüz təkrarlanarsa, daha sərt və qətiyyətli cavab veriləcək” deyə bu açıqlamaya münasibəıt bildirmişdi. İranın cavabı da çox çəkməmişdi, ABŞ-ın Yaxın Şərqdəki Ədid hərbi bazasına raket hücumu ilə gerçəkləşmişdi. ABŞ əvvəlcə raketlərin əksər hissəsini məhv etdiyini iddia etsə də, sonradan bazanın radar mərkəzinin ciddi zərər gördüyü ortaya çıxmışdı. İran Xarici İşlər Nazirliyi dəfələrlə vurğulayıb ki, bu cür hərbi hücumlar nəticə verməyəcək və münaqişənin yeganə həlli danışıqların bərpasıdır. Lakin İranın Ali Rəhbəri Ayətullah Xamenei isə ABŞ və Qərbin “nüvə, zənginləşdirmə və insan haqları bəhanələri” ilə İranın nüvə texnologiyası əldə etməsini əngəlləmək istədiklərini deyərək, proqramdan əl çəkməyəcəklərini bəyan edib.

İsrail və ABŞ-ın İran nüvə obyektlərinə 2020-ci illərdə bir neçə dəfə endirdiyi zərbələr zamanı bir çox nüvə alimi həlak olub. Rusiya nümayəndəsi Mixail Ulyanov isə İran proqramının tamamilə məhv edilmədiyini, zərərin qiymətləndirildiyini açıqlayıb. Hazırda İranın nüvə proqramı və sanksiyalar məsələsində Avropa ilə danışıqlar davam edir. Avropa tərəfləri tətik mexanizmini işə salmaqla sanksiyaların bərpasını planlaşdırır, İran isə bunun əleyhinə çıxır və hətta bu halda Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən çıxmaqla hədələyir. Bütün bunlar göstərir ki, Yaxın Şərqdə nüvə böhranı bir tərəfdən diplomatik danışıqlara, digər tərəfdən isə hərbi təhdidlərə əsaslanaraq davam edir. Rusiya İranın nüvə obyektlərinə yenidən hücum olunmasının qarşısını almaq üçün həm xəbərdarlıq edir, həm də diplomatik imkanlardan danışır. Ancaq ABŞ və müttəfiqləri hədəfdən geri çəkilmək niyyətində deyil.

Bu gərginlik yaxın gələcəkdə yeni hərbi zərbələrə səbəb olacaqmı? Moskva bu açıqlama ilə yeni hücumların gələcəyinə işarə edir, yoxsa sadəcə diplomatik təzyiq nümayiş etdirir? İndiki durumda regionda sabitlik üçün ən yaxşı çıxış yolu nədir?

COP29 zamanı hərbi əməliyyatlar dayandırıla bilər?- Rəsmi Bakının  təqdirəlayiq təklifi

Siyasi şərhçi Kamran Məmmədli Musavat.com-a deyib ki, Mariya Zaxarovanın açıqlaması, yəni Moskvanın “İranın nüvə silahı əldə etmək istədiyi barədə heç bir sübut yoxdur” deməsi həm də siyasətin tipik rus üslubunda “pərdə arxasında” oynanan oyunlara işarədir: “Əslində, Rusiya deyir ki, biz bu işin hərbi yolla həll olunmasından narahatıq, amma əslində öz maraqlarını qorumaq üçün əlindən gələni edəcək. Trampın “ictimai şəkildə hücum edəcəyik” təhdidi isə ən açıq mesajdır: ABŞ hələ də bölgədə güc dilindən əl çəkməyib və İranın nüvə proqramını ləğv etməyə hazırdır. Ancaq İran da sadəcə oturub məsələni danışıqlar yolu ilə deyərək vəziyyəti yumşaltmağa çalışsa da, əslində çox qətiyyətlidir və ehtiyatlı olmaq üçün yetərincə səbəbi var. İsrailin və ABŞ-ın dəfələrlə həyata keçirdiyi əməliyyatlar, yəni nüvə alimlərinin hədəfə alınması və obyektlərin bombalanması Yaxın Şərqdə soyuq müharibənin davam etdiyini göstərir. Və Rusiya nümayəndəsinin sözlərinə görə, bu hücumlar İranın nüvə proqramını tamamilə sındıra bilməyib, sadəcə zərər vurub. Bu da göstərir ki, İran nüvə mövzusunda hələ uzağa getmək niyyətindədir”.

Siyasi şərhçi deyib ki, Avropanın tətik mexanizmi məsələsi isə özlüyündə bir komediyadır: “Bir tərəfdən sanksiyaları bərpa etmək istəyirlər, digər tərəfdən İran bunu qəbul etməyəcəyini açıq bəyan edir və hətta NPT-dən çıxmaqla hədələyir. Beləliklə, Rusiya “hücumları dayandırın” deyərkən, ABŞ “gücümüzü göstərməyə hazırıq” deyir. İran isə özünü hər iki tərəfin təzyiqindən qorumağa çalışır. Bu üçlü mübarizə Yaxın Şərqin gələcəyini müəyyənləşdirəcək. Hər kəs bilməlidir ki, bu münaqişənin alovlanması həm regiona, həm də bütün dünyaya ciddi ziyan vuracaq”.Musavat.com

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90