Türkiyənin əsas müxalifət qüvvəsi olan Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəl növbəti seçkilərlə bağlı iddialı açıqlama verib.
Ulusal.az xəbər verir ki, partiya lideri bildirib ki, əgər CHP parlament seçkilərində birinci yeri tutmasa, o, siyasətdən çəkiləcək:
“Əgər partiyamız seçkilərdə birinci olmazsa, həmin axşam siyasətdən gedəcəyəm”, – deyə Özgür Özəl qeyd edib.
Xatırladaq ki, Türkiyədə növbəti parlament və prezident seçkilərinin 2028-ci ildə keçirilməsi planlaşdırılır. CHP liderinin bu bəyanatı partiyada və siyasi çevrələrdə geniş rezonans doğurub.Musavat.com