image-rt-reklam
image-1backend

Nikol Paşinyan Moskvaya niyə gedib? – Səfərin səbəbləri və detalları

image-728x90

Ermənistanın baş naziri Nikol Paşinyan bu gün Rusiya Federasiyasına rəsmi səfər edib. Bu səfər Ermənistan-Rusiya münasibətlərinin getdikcə gərginləşdiyi bir dövrə təsadüf edir və bölgədəki geosiyasi proseslər fonunda xüsusi əhəmiyyət daşıyır. Paşinyanın Moskva səfəri çərçivəsində bir sıra yüksək səviyyəli görüşlər keçirilib, o cümlədən Rusiya Federasiyasının baş naziri Mixail Mişustinlə geniş tərkibdə danışıqlar aparılıb.

image-media-1677060887_arzuman-teze-1-2-z4v90wibp7m5ftq2luoa

Polotoloq Arzuman Muradlı hesab edir ki, Moskva görüşündə Paşinyan Rusiya-Ermənistan münasibətlərində yaranmış bir sıra narazılıqları açıq şəkildə ifadə edib.

“O, Ermənistanın suverenliyinə və milli təhlükəsizlik maraqlarına hörmət edilməsinin vacibliyini vurğulayıb. Paşinyanın çıxışlarında dolayısı ilə olsa da, Rusiyanın son illərdə Ermənistanın təhlükəsizlik maraqlarına laqeyd yanaşdığına dair mesajlar sezilib. Xüsusilə, 2020-ci il 44 günlük müharibədən sonra yaranmış vəziyyət və KTMT-nin (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı) Ermənistanın çağırışlarına adekvat reaksiya verməməsi, rəsmi İrəvanda narazılıq yaradıb.” – deyə Arzuman Muradlı bildirib.

Politoloq hesab edir ki, Paşinyan səfər zamanı balanslı mövqe nümayiş etdirməyə çalışıb.

“Paşinyan bu səfəri balansı qorumaq olsa da reallıqda son günlər Ermənistandan gedən yüklərin sərhəd zonasından buraxılmamasıdır. İqtisadi cəhətdən indiki halda Ermənistan Rusiyadan asılıdır. Paşinyan bu səfər zamanı bir çox məsələləri həll etmək niyyətində olduğunu açıq şəkildə bəyan etdi. Bir sözlə Paşinyan Qərbə yönəlsə də, Rusiyadan qopmaq fikrində olmadığını bəyan etdi ” – deyə Arzuman Muradlı bildirib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90