image-rt-reklam
image-1backend

“Atamın evini yandırdı, qohumlarımın evində GİZLƏNİRƏM” – Ərinin ölümlə hədələdiyi iki uşaq anası FƏRYAD EDİR – ŞOK SƏS YAZISI

image-728x90
Abşeron rayonu, Saray qəsəbə  sakini Səkinə Rəcəbova boşanma ərəfəsində olduğu həyat yoldaşı Rəcəbov Xanəhməd Tahir oğlunun onu ölümlə hədələdiyini və həyatının təhlükədə olduğunu deyir.

Gənc qadın bununla bağlı Sitat.info-nun redaksiyasına zəng edərək kömək istəyib.

1996-cı il təvəllüdlü qadın bildirib ki, həyat yoldaşı onu ölümlə təhdid edir: “Ayrıldıqdan sonra atamın evinə sığındım, dəfələrlə evə gəlib, mənə qarşı zorakılıq həyata keçirib. Boğub öldürmək istəyəndə əlindən qaçmışam. Neçə aydır qohumların evində gizlənə-gizlənə yaşayıram, tez-tez yaşadığım yeri dəyişirəm ki, tapa bilməsin”.

Qeyd edək ki, Xanəhməd Rəcəbov Səkinə Rəcəbovaya dəfələrlə təhdid mesajları göndərib. Qadın sübut kimi səs yazılarını da Sitat.info-ya da təqdim edib.

S.Rəcəbovanın sözlərinə görə, boşanma prosesi  hər ikisinin razılığı əsasında başlansa da, bir müddət sonra Xanəhməd Rəcəbov onu tez-tez narahat edib və hədələyib. Bir neçə dəfə yaşadığı evə gələrək, onu fiziki təzyiqlərə məruz qoyub. Bu azmış kimi atasına məxsus evi də yandırıb. Qarşı tərəf məhkəməyə gəlmədiyi üçün boşanma prosesi də baş tutmur və bu durumu daha da qəlizləşdirir.

Qadının iddiasına görə, 1986-cı il təvəllüdlü Xanəhməd Rəcəbov narkotik aludəçisi olub: “9 ildir ailəliyik. Evliliyimizin 9-cu ayında narkotik aludəçisi olduğuna görə polis tərəfindən saxlanıldı. Bu məsələyə görə 1 il həbsdə olub. Belə bir insanın təhdidlərinin real olduğuna heç kimi inandıra bilmirəm”.

Çarəsiz qadın  məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib. Xanəhməd Rəcəbov polis idarəsinə çağrılaraq izahatı alınıb və sərbəst buraxılıb:

“Ayrıldıqdan sonra Abşeronda atamın evində yaşayırdım. Bu ilin iyul ayının 10-da Xanəhməd atamın yaşadığı  evi yandırdı. Evi yandıracağı ilə bağlı öncədən təhdid etmişdi. Artıq təhdidlərini həyata keçirməyə başlayıb. Bununla bağlı sübutlar da var. Atamın evi yandıqdan sonra hüquq-mühafizə orqanlarına təkrar müraciət etdim. Dedilər ki, iş araşdırılır. Üstündən qısa zaman keçdikdən sonra yenə təhdidlər başlayıb. Bu dəfə məni öldürəcəyi ilə hədələyir. Hər gecə qorxu içindəyik. Azyaşlı körpə qızlarım var. Mühafizə orderi almışam, ancaq bu məni təhlükədən nə dərəcədə qoruyacaq, ondan əmin deyiləm”.

29 yaşlı 2 uşaq anası bildirir ki, həyatı tüçün təhlükə olmasına rəğmən Xanəhməd Rəcəbovun hüquq-mühafizə orqanları tərəfindən cəzalandırılmasına nail ola bilməyib: “Bildirdilər ki, narahat olmayım. Axı, məni təhdid edir, dediyini də həyata keçirir, necə narahat olmayım. Evi yandırdı. İndi kim təminat verə bilər ki, məni öldürməyəcək, ağır bir xəsarət yetirməyəcək… Bu barədə Xırdalan Polis İdarəsində istintaqçı Pərviz müəllimə bildirmişəm. Mənə deyir ki, prokurorun tapşırığı ilə Xanəhmədi azad buraxıb. Mən anlaya bilmirəm, cinayətkarı necə buraxırlar? Bu insan normal deyil, ağlına gələni edir. Mənə deyirlər ki, nəsə etsə,  biz ölçü götürəcəyik. Mən ölməliyəm ki, sonra nəsə edilsin? Özü də fəxrlə hər yerdə danışır ki, o boyda evi yandırdım, heç kim mənə gözün üstə qaşın var demədi…”.

Şikayətçinin sözlərinə görə, X.Rəcəbov bu əməllərini qısqanclıqla əlaqələndirir və ona böhtanlar atır. Özü başqa bir qadınla qeyri-rəsmi münasibətdə olmasına baxmayaraq, məni əxlaqsızlıqda ittiham edir və bununa zorakılığına haqq qazandırmağa çalışır.

Təhdid altında olan Səkinə Rəcəbova aidiyyatı qurumlara səsləndi: “Yalvarıram, sizdən xahiş edirəm, səsimi hər yerə çatdırın. Hər gün məni öldürəcəyi ilə bağlı təhdidlər göndərir. Qorxuram…  Dedi ev yandıracam, dediyini elədi, yandırdı. Növbəti dəfə məni öldürəcək… Hüquq-mühafizə orqanları mənə kömək etsin, yalvarıram…”.

Xatırladaq ki, S.Rəcəbovanın bizə göndərdiyi faktlar arasında Xanəhməd Rəcəbovun onu təhdid etdiyini sübut edən səs yazıları da var.

Sitat.info həmin səs yazılarını təqdim edir:


image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90