image-rt-reklam
image-1backend

Ərdoğan Təhlükəsizlik Şurasını çağırdı: “Zəngəzur dəhlizi” müzakirə olunacaq

image-728x90
Türkiyə Təhlükəsizlik Şurasının Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçiriləcək iclasının gündəliyinə Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması məsələsi daxil edilib. Ulusal.az Türkiyə mətbuatına istinadən  xəbər verir ki, görüşdə Cənubi Qafqazda Ermənistanla Azərbaycan arasında vəziyyət  müzakirə olunacaq.

Ərdoğan əvvəllər Zəngəzur dəhlizinin təkcə Azərbaycan, Ermənistan və Türkiyə deyil, regionun digər ölkələrinə də fayda verəcəyini bəyan edib.

“Türkiyə bu layihəni geosiyasi baxımdan son dərəcə vacib hesab edir. Zəngəzur dəhlizi bölgəmizi digərləri ilə birləşdirəcək və ticarəti canlandıracaq. Bizim əsas gözləntimiz bu xəttin ixtilaf mənbəyi deyil, harmoniya simvoluna çevrilməsidir”. Onun sözlərinə görə, layihə həm də regionun çiçəklənməsinə töhfə verəcək və iqtisadi əməkdaşlığa əlavə təkan verəcək”.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90