“Nyukasl”ın cinah oyunçusu Aleksandr İsak komandanın məşqinə çıxmır.
Ulusal.az xəbər verir ki, bu barədə “TBR Football” məlumat yayıb.
Futbolçu zədə səbəbindən komandanın Asiya turunu buraxıb. Bununla belə, o, baş məşqçi Eddi Hauya evdə fərdi şəkildə məşq edəcəyini açıqlayıb.
İndi qeyd olunur ki, İsak əlaqəni kəsərək yoxa çıxıb. Eyni zamanda, rəhbərlik isveçlinin hara yoxa çıxdığını bilmir.
Bundan əvvəl mətbuatda “Liverpul”un İsakla aktiv şəkildə işlədiyi, onunla şəxsi müqavilənin şərtlərini artıq razılaşdırdığı barədə məlumatlar yayılmışdı.
“Mersisaydlılar” futbolçunu almaq üçün “Nyukasla” da 120 milyon funt-sterlinq (demək olar ki, 140 milyon avro) təklif edib.






















