image-2000x150
image-n676jpg-1678608552backend

Nəsib Məhəməliyev: “Ulu öndər Heydər Əliyevin gördüyü işlər unudulmazdır”

image-728x90

“Heydər Əliyev İli” ilə əlaqədar Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatı tərəfindən hazırlanan və İdarə Heyətinin qərarı ilə təsdiq edilən Tədbirlər Planı çərçivəsində YAP Balakən rayon təşkilatı martın 10-da Ulu Öndərin zəngin dövlətçilik irsinin öyrənilməsi və yeni nəslə aşılanması məqsədilə tədbir keçirib.

YAP-ın Mətbuat xidmətindən hafta.az-a bildiriblər ki, əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin banisi, Yeni Azərbaycan Partiyasının qurucusu, Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilib, abidənin önünə gül dəstələri düzülüb.

Tədbirdə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin və qardaş Türkiyədə baş vermiş zəlzələ nəticəsində həlak olanların əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

YAP Balakən rayon təşkilatının sədri Azad Balayev bildirib ki, Azərbaycanın dövlətçilik tarixinin çox mühüm mərhələsi dünyaşöhrətli siyasətçi, böyük dövlət xadimi Heydər Əliyevin adı ilə bağlıdır: “Ulu Öndər öz mənalı və zəngin ömrünü bütövlükdə millətinə, xalqına, vətəninə və dövlətinə həsr etmiş, müqəddəs amallar uğrunda müstəsna fəaliyyət göstərib. Məhz Ulu Öndərin gərgin əməyi və qətiyyətli siyasəti sayəsində yeni, müasir Azərbaycan dövləti qurulmuş, ölkəmiz dünya məkanında öz layiqli yerini tutub. Bu dahi şəxsiyyətin Azərbaycana rəhbərlik etdiyi dövr çoxəsrlik dövlətçilik tariximizin ən şanlı səhifələrindəndir”.

Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev qeyd edib ki, müstəsna xidmətləri ilə əbədilik qazanan Ulu Öndər Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi milli sərvətimizdir. Ötən illərə nəzər salarkən Azərbaycan xalqının öz müdrik liderinin rəhbərliyi ilə qazanmış olduğu mühüm tarixi nailiyyətlərin bir daha şahidi oluruq. İntibah və milli şüurun oyanı¬şı Heydər Əliyevin hakimiyyətə gəlişi ilə başlamış, müstəqilliyimiz məhz onun sayəsində əbədi və dönməz xarakter almışdır.

YAP İdarə Heyətinin üzvü, Azərbaycan Dövlət İqtisad Universitetinin professoru Elnur Sadıqov vurğulayıb ki, Ulu Öndərin uzaqgörən, müdrik siyasəti nəticəsində müstəqil Azərbaycan tərəqqi yolunda böyük inam və qətiyyətlə irəliləyib. Qısa müddətdə Azərbaycanın müsbət beynəlxalq imici yaranıb, ölkəmiz dünyanın siyasi arenasının fəal subyektlərindən birinə çevrilib.

Milli Məclisin deputatı Nəsib Məhəməliyev bildirib ki, Heydər Əliyevin ölkədə vətəndaş həmrəyliyinə nail olunması, sabitlik yaradılması, müstəqil dövlət qurulması, bütün sahələrdə mühüm islahatlar həyata keçirilməsi, beynəlxalq aləmdə respublikanın mövqeyinin möhkəmləndirilməsi kimi istiqamətlərdə gördüyü işlər unudulmazdır.

Tədbirdə çıxış edən teleaparıcı Nailə İslamzadə, Vətən müharibəsinin iştirakçısı İlyas Əsəbəliyev, partiya fəalı Züleyxa Dibiriova qeyd ediblər ki, Heydər Əliyevin müdrik dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq, əsl dövlət idarəçiliyi məktəbinə çevrilib.

Sonda rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup partiya fəalı fəxri fərman ilə təltif edilib. YAP sıralarına yeni qoşulmuş şəxslərə üzvlük vəsiqələri təqdim olunub.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90