image-rt-reklam
image-1backend

“Milan” və “Portu”nun keçmiş baş məşqçisi “Əl İttihad”ı çalışdıracaq

image-728x90

Portuqaliyalı məşqçi Serjio Konseysau “Əl İttihad” klubunun baş məşqçisi təyin edilib. Onun bu vəzifəyə gətirilməsi, fransalı Loren Blanın işdən azad edilməsindən sonra baş verib. Ulusal.az xəbər verir ki, məlumatı məşhur futbol jurnalisti Fabrizio Romano yayıb.

Serjio Konseysau, daha əvvəl “Portu” və “Milan” komandalarında baş məşqçi kimi çalışıb. Səudiyyə Ərəbistanı klubuyla imzaladığı müqavilə isə 2027-ci ilin iyun ayına qədər qüvvədə olacaq.

Hazırda Səudiyyə Ərəbistanı Premyer Liqasının 4 turundan sonra “Əl İttihad” 3-cü sırada qərarlaşıb. Bu komandada həmçinin “Real Madrid” və Fransanın milli komandasının sabiq oyunçusu Karim Benzema da çıxış edir.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90