image-rt-reklam
image-imagesbackend

Michael Jacksonun varislərindən 400 milyon dollar tələb olunur

image-728x90

Uşaqlıq illərində pop kralı Michael Jackson tərəfindən cinsi istismara məruz qaldıqlarını iddia edən iki nəfər, mərhum müğənninin mirasının idarəçilərinə qarşı 400 milyon dollarlıq təzminat tələbi irəli sürüb.

Ulusal.az xəbər verir ki , Wade Robson (43 yaş) və James Safechuck (47 yaş) iddia edirlər ki, uşaq olduqları dövrdə Jackson tərəfindən zorakılığa məruz qalıblar. Onlar, 2009-cu ildə dərmanların həddindən artıq istifadəsi nəticəsində həyatını itirən müğənninin şirkətləri — MJJ Productions və MJJ Ventures-ə qarşı birgə məhkəmə prosesi başladıb.

İndiyədək tələb edilən məbləğ açıqlanmamışdı. Hazırda məlum olub ki, iki iddiaçı ümumilikdə 400 milyon dollar təzminat istəyir.

Robson, Michael Jackson ilə ilk dəfə rəqs yarışmasında qalib gəldikdən sonra tanış olduğunu, 7 yaşından 14 yaşına qədər davamlı şəkildə taciz olunduğunu bildirir. Safechuck isə məşhur müğənni ilə çəkildiyi reklam vasitəsilə tanış olduqlarını, 1990-cı illərdə Jackson tərəfindən istismara məruz qaldığını iddia edir.

Qeyd edək ki, Michael Jackson heç vaxt bu ittihamlarla bağlı məhkəmədə məhkum edilməyib. Onun mirasının idarəçiləri isə ittihamları qəti şəkildə rədd edirlər.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90