image-rt-reklam
image-1backend

Messi qalmaqal yaratdı: Polis işə qarışdı

image-728x90

Argentina millisinin ulduzu Lionel Messi vida matçından sonra rəqib futbolçu ilə mübahisə edib. Ulusal.az xəbər verir ki, hadisə Buenos-Ayresdə, “Monumental” stadionunda keçirilən və Argentina yığmasının Venesuela üzərində 3:0 hesablı qələbəsi ilə başa çatan qarşılaşmadan sonra baş verib. Oyun Messinin doğma azarkeşlər qarşısında yığma forma ilə keçirdiyi son rəsmi matç kimi tarixə düşüb. Kapitan bu görüşdə dubl etməklə vida oyununa xüsusi rəng qatıb.

Lakin qarşılaşmanın emosional fonu təkcə sevinc hissləri ilə yadda qalmayıb. Sosial şəbəkələrdə yayılan videolarda Messi ilə Venesuela millisinin təcrübəli yarımmüdafiəçisi Tomas Rinkon arasında gərginlik yaşandığı görünür. Görüntülərdə futbolçuların tuneldə üz-üzə gəldiyi, hətta komandadaşlarının onları ayırmağa çalışdığı əks olunub.

Məlumata görə, mübahisə oyunun ilk hissəsinin sonunda başlayıb. Rinkon, oyunun bir epizodu ilə bağlı narazılığını bildirərək Messiyə yaxınlaşıb və onu tənqid edib, hətta yüngül təmasla itələyib. Bu hərəkətə dərhal reaksiya verən Messi mübahisəyə başlayıb. Hadisəyə Venesuela millisinin digər oyunçusu – Salomon Rondon müdaxilə edərək, vəziyyətin daha da alovlanmasının qarşısını alıb.

Qeyd edək ki, bu görüşdən sonra Argentina millisi 2026-cı il dünya çempionatının Cənubi Amerika üzrə əsas iştirakçıları sırasında yerini təmin edib. Messinin vida oyunu isə həm emosional, həm də idman baxımından yaddaqalan olub.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90