image-rt-reklam
image-1backend

Messi göz yaşlarını saxlaya bilmədi: Azarkeşlər onunla belə vidalaşdı – FOTOLAR

image-728x90

Buenos-Ayresdə DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Argentina – Venesuela oyunu keçirilib.

Ulusal.az xəbər verir ki, matçdan əvvəl ənənəvi isinmə zamanı Argentina millisinin kapitanı Lionel Messi göz yaşlarını saxlaya bilməyib. Buna səbəb azarkeşlərin onun üçün səsləndirdiyi şüarlar və “hər şey üçün çox sağ ol, kapitanım”, – deyə pankart açması olub. Bu görüş onun yığmada sonuncu rəsmi ev oyunu olub.

Görüşə gəlincə, Argentina yığması Venesuelanı 3:0 hesabı ilə məğlub edib. Lionel Messi dubl edib, daha bir qolu isə Kristian Romero vurub.

Argentina millisi vaxtından əvvəl Cənubi Amerika seçmələrinin qalibi olub. Venesuela isə son tur ərəfəsində 7-ci pillədə qərarlaşıb. Seçmənin son turunda “tanqoçular” səfərdə Ekvadorla qarşılaşacaq.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90