image-rt-reklam
image-1backend

Messi Çempionlar Liqasında -17 dərəcədə qol vurdu

image-728x90

ABŞ-ın “İnter Mayami” klubunun ulduzu Lionel Messi 2025-ci ildə lk qolunu vurub.

Argentinalı dünya çempionu CONCACAF Çempionlar Liqasında “Sportinq Kanzaz-Siti” ilə oyunda fərqlənib. Onun matçın taleyini həll edən yeganə qolu 56-cı dəqiqədə qeydə alınıb.

Qarşılaşma ABŞ-ın Kanzas-Siti şəhərində 1 gün yubanma ilə baş tutub. Görüşün fevralın 17-də keçirilməsinə hava şəraitinin əlverişsizliyi maneçilik törədib. Artıq ikinci gündür şəhərdə qar yağır, yollar buz bağlayıb. Elə bu səbəbdən futbolçular -17 dərəcədə meydançaya çıxmalı olublar.

Komandalar arasında cavab matçı fevralın 25-də olacaq./Offisideplus.az

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90