Ulusal.az xəbər verir ki, Fransanın “Marsel” klubu məşhur futbolçular Jonathan Rowe və Adrien Rabiotu heyətdən kənarlaşdırıb. Bu qərara səbəb ölkə çempionatında “Rennes”lə keçirilən oyundan sonra paltardəyişmə otağında baş verən dava olub.
Məlumata görə, insidentdən dərhal sonra klub rəhbərliyi hər iki oyunçu ilə yolları ayırmaq barədə qərar qəbul edib.