Moskvada İkinci Qərb Dairəsi Hərbi Məhkəməsi aktyor Aleksey Panini qiyabi olaraq altı illik həbsə məhkum edib. O, cəzasını ümumi rejimli koloniyada keçirməlidir.
Ulusal.az oxu.az-a istinadən bildirir ki, bu barədə “İzvestiya” məlumat yayıb.
Həmçinin ona üç il müddətinə internet resurslarını idarə etmək qadağan edilib.
Qeyd edək ki, aktyor tez-tez Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarını tənqid edir.