image-rt-reklam
image-2jpegbackend

İstirahətə gedən ailə Şabranda qəzaya düşdü

image-728x90

Bakı-Quba-Rusiya ilə dövlət sərhədi yolunun Şabrandan keçən hissəsində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Vətəninfo.az  xəbər verir ki, yük maşını (TIR) yolda hərəkətdə olan zaman eyni istiqamətdə hərəkətdə edən VAZ-21099 markalı minik avtomobilinə arxadan çırpılıb.

Hadisə zamanı avtomobildə olan Tərtər rayon sakinləri – 1975-ci il təvəllüdlü Eldar Məmmədəli oğlu Əliyev, 1984-cü il təvəllüdlü Aygün Rəhbət qızı Əliyeva, 2007-ci il təvəlludlü L.Əliyeva, 2008-ci il təvəllüdlü E.Əliyev, 2010-cu il təvəllüdlü H.Heybətov müxtəlif dərəcəli bədən xəsarəti alıblar.

Yaralılar təcili tibbi yardım briqadaları ilə xəstəxanaya çatdırılıblar. Onların Xaçmaza istirahətə getdikləri bildirilir.

Faktla bağlı araşdırma aparılır.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90