İran rejimi xalq etirazlarını boğmaqda aciz qaldığı üçün ölkəyə İraqdan “Həşd-Şəəbi” qüvvələrini cəlb edib. Ulusal.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
“İran polisi öz xalqına qarşı repressiya həyata keçirmək istəmir.”
Bu barədə Truske Sadeqi adlı media fəalı özünün sosial media hesabında yazır:
“SEPAH-ın İraqda yaratdığı “Həşd-Şəəbi” adlı terroçu qüvvələrini daşıyan təyyarənin Bağdaddan birbaşa Məşhədə uçmasına dair xəbər yayıldıqdan sonra, indi də məlumatlı mənbələr üzərində İraq dövlət nömrə nişanlı 5 ədəd avtobusun ötən axşam Mehran sərhəd-keçid məntəqəsindən İrana daxil olması haqda məlumat veriblər.

“Hengaw” İnsan Haqları Təşkilatı bu barədə yazır: “Sözügedən avtobusun sərnişinləri “Həşd-Şəəbi” qruplaşmasının hərbi geyimli üzvləri olub və onları 5 ədəd “Səmənd” markalı avtomobil müşayiət edib”.






















