image-rt-reklam
image-1-27backend

“İl sonuna kimi Əliyev-Paşinyan görüşü baş tuta bilər”

image-728x90

“Ermənistan Azərbaycandan sülh müqaviləsi ilə bağlı təkliflər alıb. İrəvan və Bakı danışıqlar prosesinin üçüncü mərhələsinə başlayır”. Ulusal.az xəbər verir ki, bunu Ermənistan parlamentinin xarici əlaqələr üzrə daimi komissiyasının sədri, hakim “Mülki müqavilə” partiyasından olan deputat Eduard Ağacanyan deyib.

O bildirib ki, sözügedən layihə İrıvanın təkliflərinə cavabdır: “Bəli, doğrudan da, Ermənistan tərəfi Azərbaycandan təkliflər alıb ki, bu da əslində erməni tərəfinin təkliflərinə cavabdır. Deyə bilərik ki, üçüncü təkliflər paketi müzakirə olunur. Məncə, indi buna sənəd demək düzgün deyil. Bunlar dərc olunmayan təfərrüatlar olduğu üçün bu barədə geniş danışa və təfərrüatları açıqlaya bilmərəm”.

Ağacanyanın sözlərinə görə, ola bilsin ki, ilin sonuna kimi Ermənistanın baş naziri Nikol Paşinyanla Azərbaycan Prezidenti İlham Əliyev arasında görüş baş tutsun. “Ya da iki ölkənin xarici işlər nazirləri səviyyəsində görüş olsun”.jamaz

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90