3-CÜ MƏQALƏ
Dünyada böyük coğrafiya və əhaliyə malik məmləkətlər var.Ancaq, yazıqlar ki, dövlətlərini qura bilməyib, müstəmləkə boyunduruğunda, koloniyalar halında yaşayırlar. Təbii ki, dövlət qurmaq asan məsələ deyil. O, ilk növbədə milli özündürək hadisəsidir və yüksək forması azadlıq, müstəqilliqdir.Açar rolunda isə şübhəsiz ki, xalqın , millətin evolyusiyalı inkişaf fazasına daxil olmasıdır.Əlbəttə, uzaq və yaxın tarix bu həqiqətlərə bələdçilik edir, ibrət dərsləri ortaya qoyur. Necə deyərlər, tarix, böyük anlamda böyük müəllimdir və nəticə hasil etməyənlər dünən də uduzub, bu gün də yedəkdə sürünür, sabahları da aydın görünmür.Fəlsəfə doktoru Cavanşir Feyziyevin 3-cü kitabı haqqında qısa haşiyə ilə başlamağım təsadüfi deyil. Çünki, müəllif türk xalqlarının coğrafiyası, etnogenezisi, təşəkkülü, nəhayət dövlətçilik təfəkkürünün formalaşmasının aydın izahını verir, həmçinin müasir dünya nizamında möhkən qərarlaşmaq üçün çağırışlar edir.Üç min illik dövlətçilik tarixinə malik türklərin bütün Avrasiya boyunca qurduğu dövlət və imperiyaların mütləq əksəriyyətinin bir-birinə bağlılığı, ulusal dəyər daşıyıcısılığına məhz bu prizmadan nəzər salınır. Antik Hun, daha sonra Göy Türk epoxası təsadüfən xatırladılırmı? Əlbəttə ki, yox. Təqiqat məhz qlobal siyasi proseslərdə ayaq üstə durmaq və beynəlxalq aləmdə keçmiş imzasını yenidən möhürləmək məqsədini daşıyır.Və ən əsası müəllif burada eyforiyadan uzaq, ancaq konkret məxəzlər, mənbələr və qaynaqların dili ilə danışır. Təkcə bir fakt deyilənləri aydın şəkildə isbatlayır. Əsərdə Azərbaycan, Türk, Rus, Avropa dillərində 470-dən çox mənbəyə istinad edilir. Bu o deməkdir ki, söylənilən hər bir fikir, hər bir mülahizənin arxasında tarixin daş yaddaşından süzülən faktlar, dəyərlər dayanır.
Əvvəlki iki kitabda olduğu kimi, 3-cü kitabın da xüsusi səciyyəsi ondan ibarətdir ki, burada xronologiya üzvi vəhdət təşkil edir. Eyni zamanda konkret məzmunla zənginləşdirilir. Əlbəttə, bu da müəllifin uğurlu yanaşması kimi təqdir olunmalıdır.Çünki tarixi araşdırmalar çox vaxt faktların dilində sadələnir, təhlil və rəy verilmir. Bu baxımdan C. Feyziyevin üslubu fərqlənir və əsər geniş oxucu auditoriyasına hesablanır. Üçüncü kitabın epiqrafı qısaca belədir: “Türklərin dövlətçilik tarixi və genealogiyası, qədim türk dövlətləri və imperiyaları, dövrümüzün müstəqil türk respublikaları və onalrın əlaqələri, başqa dövlətlərin tərkibindəki muxtar türk respublikaları və vilayətləri” Tezislərdən göründüyü kimi kitabda kifayət qədər əhatəli mövzular yer alır.
-1-ci tezis kitabın “Türk dövlətləri və imperiyaları” bölümündə inkişaf etdirlilir.Müəllif tarixi qaynaqlara söykənərək ilk köçəri imperiya yaradan hunların yaşadıqları coğrafiyada ilk dövlətlərini hələ e.ə 1200-cü ildə (C.F) qurduqlarını diqqətə gətirir. Çünki dövlətçilik ənənəsi, idaretmə üsulu ,dövlətin əsas fiqurları haqqında müfəssəl məlumatlar məhz Böyük Hun imperiyasının yardılmasından sonrakı dövrə təsadüf edir. 18 milyon kv. kilometr ərazini əhatə edən imperiyanın davamlı hücumlarının qarşısını almaq üçün çinlilər dünyanın 7 möcüsəzindən birini- Böyük Çin səddini inşa etməyə məcbur olur. Lakin inşası 100 illər boyu davam edən Böyük Çin səddi hunların qarşısını kəsə bilmir, nəticədə e.ə 200-cü ildə bütün Çin ərazisi Böyük Hun imperiyasından asılı vəziyyətə düşür.Lakin Böyük İpək yolu faktoru, daxildəki qarşıdurmalar Avrasiyanın ən böyük imperiyasını iki hissəyə – Qərbi və Şərqi hun imperiyalarına ayırır.Geniş məzmunlu bu qısa xronika hansı nəticələri ortaya qoyur
-birincisi, dövlətçilik genologioyası ədalət, güc və təfəkkürdən keçir:
-ikincisi, ərazi hüdudlarının qorunması və idarəçiliyi xüsusi önəm daşıyır;
-üçüncüsü, daxili sabitlik idarəetmə ilə düz mütənasiblik təşkil etməlidir və s.
Məhz belə olan halda dövlətlər müstəqilliyi, suverenliyini qoruya bilir, tarix səhnəsində inamla addımlayır. Göytürk, Uyğur, Xəzər, Böyük Səlcuq,Türk-Monqol, Teymurilər, ,ümumilikdə 27 imperiya və dövlətin hər birinin ayrıca əksini tapdığı kitabda “Atabəylər dövləti” bölümü bizim üçün xüusi maraq yaradır. Niyə? Çünki tarixdə ilk dəfə Azərbaycan türk dövlətçiliyini yaradan və Azərbaycan sözünü dövlət adında rəsmiləşdirən Atabəylər (Eldəgiz və ya Eldəniz-C.F) dövləti (Atababakan-e Azərbaycan) 1136-1225-ci illərdə mövcud olub.Ərazisi Azərbaycan, İraq, Şərqi Anadolu, İranı əhatə edən dövlətin paytaxtı Naxçıvan, Həmədan və Təbriz şəhərləri olub. Sonralar ərazisi daha da genişlənən dövlət Atabəy Şəmsəddin Eldənizin vəfatından sonra hakimiyyətə gələn böyük oğlu Məhəmməd Cahan Pəhləvanın dövründə daha da möhkəmlənir. Ancaq qarşıdurmalar ,daxili gərginlik bu dövləti də zəiflədir və nəticədə 1225-ci ildə süqut edir. Beləliklə, alnıan ibrət odur ki,parçalanmalar, qeyri-stabillik dövlətlərin taleyindən qırmızı xətlə keçir, onların ölüm və qalım sualı qarşısında qoyur.
Yeri gəlmişkən, sovetlər imperiyasının dağılması nə qədər xarici təsrlərlə şərtlənirdisə, bir o qədər də daxildə baş verən proseslərlə bağlı idi. Nəhayət imeriya çöküşündən sonra tərkibində olan türk ölkələri də müstəqillik qazandı.
Kitabın 2-ci tezisi: Müstəqil Türk Respublikalarıdır. Zənnimcə müəllifin Azərbaycan Respublikasını tarix və müasirlik baxımında təhlili müasir geopolitik təbəddülatlardan doğur. Çünki Azərbaycan müsəlman Şərqində ilik demokratik cümhuriyyət yaratdı və dövlətçiliyə yeni siyasi məzmun gətirdi. Cəmi 23 ay yaşamasına baxmayaraq Azərbaycan Demokratik Cümhuriyyəti çoxsaylı ilklərə imza atdı. İlk Parlament və Hökumət, dövlət aparatı təşkil edildi, ölkənin sərhədləri müəyyənləşdirildi, Dövlət bayrağı, himn və gerb yaradıldı, ana dili dövlət dili elan olundu və s. 1920-ci ilin aprelində qırmızı imperiya Cümhuriyyəti qəsb etsə də, əsrin 90-cı illərində xalq yenidən istiqlalına qovuşdu, müstəqilliyini bərpa etdi. Tarix sübut edir ki, müstəqiliyi qorumaq, onu əldə etmək qədər çətindir. Xüsusilə, beynəlxaq münasibətlərin indiki paradoksal vəziyyətində. Bəs, Azərbaycan ötən 30 ildə bu təhdidləri nəyin hesabına aradan qaldırıb və bu gün inamla irələyir. Müəllifin təhlilindən hasil olan qənaəti qısaca belə ümumiləşdirmək olar.
-birincisi, ölkənin taleyi daxildə həll olunur;
-ikincisi , müstəqilliyin güclü iqtisadi əsasları yaradılıb;
-üçüncüsü , müstəqil xarici siyasət doktrinası var;
-dördüncüsü, Azərbaycan regional və qlobal müstəvidə maraqlar balansını uğurla uzlaşdırır və s.
Elə bu səbəblərdən Türk dövlətləri bu gün Azərbaycana boylanır,onun uğur formulunu öyrənir. Əlbəttə, bu həm də başqa dövlətlərin tərkibində olan 13 muxtar türk respublikaları və vilayətləri üçün vacib amildir. Kitabın sonuncu- 3 tezisinə bu kontekstdən də nəzər salmaq olar. Beləliklə, fəlsəfə doktoru, C. Feyziyevin türk xalqlarının tarixindən bəhs edən 3-cü kitabının leytmotivini qısaca belə ümumiləşdirmək olar: Qlobal geosiyasi savaşda sağ qalmaq üçün tarixə söykənməli, gələcəyi görməyi bacarmalı və ortaq dəyərlər platforması həmrəyliyi təmin edilməlidir.
S.HÜSEYNOV