image-rt-reklam
image-1backend

Politoloq: “Krım və Donbasın taleyi, Ukraynaının qətiyyətindən asılıdır ”

image-728x90

Rusiya-Ukrayna müharibəsi ilə bağlı son açıqlamalardan sonra politoloqlar Kremlin ritorikasını və davranışlarını kəskin tənqid edirlər. Siyasi şərhçi  Arzuman Muradlı saytımıza açıqlamasında bildirib ki, Sergey Lavrovun son açıqlamaları bir daha göstərir: Rusiya hələ də beynəlxalq hüququ və qonşu ölkələrin suverenliyini tanımaq niyyətində deyil.

image-media-1677060887_arzuman-teze-1-2-z4v90wibp7m5ftq2luoa

Politoloqun sözlərinə görə, Moskva tərəfindən irəli sürülən şərtlər — Krım və Donbasın Ukraynaya qaytarılmaması, rus dilinə və Rusiya Pravoslav Kilsəsinə dair tələblər, NATO-ya üzvlükdən imtina — açıq şəkildə imperialist yanaşmanın nümunəsidir.

“Rusiya yenə də öz çirkin siyasətini davam etdirir. Bütün dünyaya sülh mesajı verən tərəf kimi görünməyə çalışır, amma əslində şərt irəli sürən, qarşı tərəfi təslim olmağa məcbur edən bir mövqe tutur. Bu, sülh yox, diktə siyasətidir,” – deyə Arzuman Muradlı bildirib.

Politoloqun  fikrincə, Lavrovun Zelenskiyə qarşı istifadə etdiyi “nə legitimdir, nə liderdir” kimi ifadələr isə diplomatik etikadan kənardır və danışıqların perspektivinə zərbə vurur.

Politoloq onu da qeyd edib ki, hazırda Ukraynaya beynəlxalq təzyiqlər artır, lakin bu təzyiqlər müharibəni dayandırmaq yox, daha çox Rusiyanın istəklərini qəbul etdirmək məqsədi daşıyır.

“Əgər dünya ictimaiyyəti Kremlin bu şərtlərinə güzəştə getsə, bu, təkcə Ukraynanın deyil, bütövlükdə beynəlxalq sistemin uduzması olacaq,” – deyə Arzuman Muradlı  xəbərdarlıq edib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90