Bacı-qardaş imtahansız nüfuzlu universitetlərə qəbul olund
Ulusal.az xəbər verir ki, Lənkəran məktəblərinin məzunları, bacı-qardaş Məlahət və Əliyyiəkbər Şirinli ölkəmizin iki prestijli universitetinə imtahansız qəbul ediliblər.
Məlahət Şirinli – Tütəpeştə kənd tam orta məktəbinin məzunu, Respublika Fənn Olimpiadasının bürünc medalçısı, 2024-cü ildə FLEX (Gələcək Liderlərin Mübadiləsi) proqramı çərçivəsində ABŞ-da bir il təhsil alıb. O, buraxılış imtahanında mümkün 300 baldan 292,3 bal toplayaraq Bakı Ali Neft Məktəbinin Kimya mühəndisliyi (ingilisdilli) ixtisasına qəbul olunub.
Əliyyiəkbər Şirinli – Xolmili kənd tam orta məktəbinin məzunu, Respublika Fənn Olimpiadasında ikiqat bürünc medalçı və Beynəlxalq Kibertəhlükəsizlik Olimpiadasının bürünc medalçısıdır. O, ADA Universitetinin Kompüter elmləri (ingilisdilli) ixtisasına qəbul olunub.