image-rt-reklam
image-1backend

Binəqədidə qaz borusu zədələnib, qaz təchizatı dayandırılıb

image-728x90

Binəqədi rayonu, Binəqədi şosesində tikinti təşkilatı tərəfindən qazıntı işləri aparılan zaman qaz xətti zədələnib.

“Azəriqaz”dan verilən məlumata görə, qeyd olunan səbəbdən 25.08.2025-ci il tarixdə saat 10:15-dan etibarən qaz təchizatı dayandırılıb.

Məlumata görə, hal-hazırda təmir-bərpa işləri aparılır. Binəqədi şosesinin, Biləcəri qəsəbəsinin, Ordubadi küçəsinin, Baksol massivinin, M.Ə.Rəsulzadə qəsəbəsinin bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranıb.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90