image-rt-reklam
image-22backend

Britaniyada miqrantlar oteldə saxlanılır – dövlətə 5.4 milyard dollara başa gəlir

image-728x90

Britaniyalıların 70%-dən çoxu hesab edir ki, baş nazir Keir Starmerin rəhbərlik etdiyi hökumət qeyri-qanuni miqrantların otellərdə yerləşdirilməsi nəticəsində yaranan böhranla mübarizədə zəif iş görür.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bunu YouGov-un avqustun 20-21-də keçirdiyi ictimai rəy sorğusunun nəticələri sübut edir.

Tədqiqatda iştirak edən 2,15 min nəfərin 71%-i hazırkı hakimiyyətin bu sahədə vəziyyətin həlli istiqamətində zəif iş gördüyü qənaətində olduğunu bildirib. Respondentlərin yalnız 11%-i əks fikirdədir.

Respondentlərin 9%-i hesab edir ki, hakim Leyboristlər Partiyası qeyri-qanuni miqrasiya probleminin öhdəsindən ən yaxşı şəkildə gələ bilər. Respondentlərin ən çoxu – 31%-i hesab edir ki, sağçı populist “Reform UK” partiyası bu sahədə mövcud vəziyyəti düzəltməyə daha çox qadirdir.

2025-ci ilin mart ayına olan məlumata görə, ölkə üzrə 210 oteldə 32 min qeyri-qanuni miqrant yerləşdirilib. Onların müraciətlərinə baxılarkən qeyri-qanuni miqrantlar adətən xüsusi mərkəzlərdə yerləşdirilir, lakin bu mərkəzlərin sayı kifayət qədər deyil.

“Tayms” qəzetinə görə, belə miqrantların saxlanması Britaniya vergi ödəyicilərinə ildə təxminən 4 milyard funt-sterlinqə (5,4 milyard dollar) başa gəlir. Son həftələr bu vəziyyətdən narazı olan britaniyalılar getdikcə miqrantların olduğu otellər qarşısında etiraz aksiyaları keçirirlər.Musavat.com

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90