İlin əvvəlindən səhmlərində 70 faiz azalma yaşayan Facebook 12 min işçisini ixtisar etməyə hazırlaşır. Ulusal.az xəbər verir ki, iqtisadi səbəblərdən alınan qərarın çərşənbə günü qüvvəyə minməsi gözlənilir.
2022-ci ildə səhmlərində 70 faiz azalma olan və təxminən 500 milyon dollar itirən Facebook bir çox layihəsini dayandırmaq qərarına gəlib. Layihələrin dayandırılması qərarının arxasında qlobal iqtisadi artımın zəifləməsi, Tiktok ilə rəqabət və Apple tərəfindən edilən bəzi məxfilik dəyişikliklərinin dayandığı bildirilib.
Facebook-un bu il 12 min insanı işdən çıxaracağı gözlənilir. Bu üsulla səhmlərinin milyardlarla dollar itirməsinin qarşısını almağa çalışan şirkətin çərşənbə gününə qədər qərarını açıqlaması gözlənilir.
Digər tərəfdən, bu həftə mühüm açıqlamalar verən şirkətin CEO-su Mark Zukerberq, Meta Layihələrinin bəhrəsini verməsinin ən az on il çəkəcəyini bildirib.