image-2000x150
image-media-0445ecce-85e4-4b55-80c6-8b4abe988a28-h4aru7o2benlm8k59px0-620x460backend

Deputatın təşəbbüsü ilə həyata keçirilən “Novruz” yardım aksiyası bayram günlərində də davam edəcək

image-728x90

Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Qərbi Azərbaycan İcmasının sədr müavini Ramil Həsənin təşəbbüsü ilə Ucar rayonunda Novruz bayramı münasibətilə başlatdığı “Novruz” yardım aksiyası bu gündə davam etməkdədir. Belə ki, Ucar rayonunun müxtəlif kəndlərində və rayon mərkəzində yaşayan yüzlərlə şəhid və qazi, tənha və kimsəsiz, eyni zamanda aztəminatlı ailələrə bayram sovqatları verilir.

Fürsətdən istifadə edərək, bu xoşməramlı və hümanitar təşəbbüsə qoşularaq dəstək verən bütün şəxslərə dərin təşəkkürümüzü ifadə edirik.

Onu da qeyd edirik ki, millət vəkili Ramil Həsənin təşəbbüsü ilə əlamətdar günlərdə müxtəlif formalarda aksiyalar həyata keçirilir, şəhid və qazi, tənha və kimsəsiz, eyni zamanda aztəminatlı ailələrə mütamadi olaraq baş çəkilir, dəstək verilir.

image-83afad99-9d56-45af-8906-3af6affe9da1image-6daa8cdc-6226-4f8b-97c1-12fdc8ad564fimage-d6c1b0e5-92b5-4f7a-8ce7-7c81de69e4b0image-0445ecce-85e4-4b55-80c6-8b4abe988a28

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90