image-rt-reklam
image-1backend

“Bizdə milli şüur sıfırdan aşağıdır!” – “Adamlarda olan gərginlik 220 voltdan yuxarıdır”

image-728x90

“Bir el misalı var, deyir, ondan danışma, onun kitabı bağlanıb. Kitab açmayan xalq elə kitabını bağlamış kimi bir şeydir. Çünki nə qədər elmi-texniki yeniliklər olsa da, kitabın yerini heç nə verməz”.

Bu sözləri “Yeni Sabah”a yazıçı Seyran Səxavət deyib.

Onun sözlərinə görə, kitaba olan marağın azalması təkcə Azərbaycanda deyil, digər postsovet ölkələrində də müşahidə olunur: pizza mizza

“Bunun ilk səbəbi dünyanın son dərəcə gərgin olmasıdır. İndiki insanlar 60 il bundan əvvəlin insanları deyil. Adamlarda olan gərginlik, elektrik dili ilə desək, 220 voltdan yuxarıdır.

Elektrik 220 voltdan yuxarı olanda avadanlıqlar yanır, xarab olur. Adamlar da gərginliyin yuxarı olması ucbatından yanır və xarab olurlar.

Bəşəriyyət kitabdan öz xoşu ilə ayrı düşmür. Mən təxminən 40 il bundan qabaq Parisdəydim. Eyfel qülləsini görməyə getdik. Orada fransız dostlarımız biz üçün vida banketi təşkil etmişdi.

Bir nəfər dedi ki, 364 nəfər Eyfel qülləsinin başından özünü yerə atara ölüb. Soruşdum ki, bu intihardır? Dedi: “Yox, onlar sadəcə tarixə düşmək istəyiblər”. Soruşdum ki, həmin 364 nəfərin arasında 1 nəfər müsəlman var? Dedi ki, yoxdur, hamısı xristian-pravoslav, katolik və s.

Hələ 40 il bundan qabaq şübhələnirdim ki, deyəsən, bəşəriyyətin başı xarab olub. Çünki Eyfel qülləsinə qalxmısansa, Paris kimi bir gözəlliyi seyr et də, özünü niyə yerə atıb öldürürsən?!

Kitaba olan marağın azalma səbəbi də elə budur – bəşəriyyətin başıxarablığı!”

Yazıçı vurğulayıb ki, kitabdan uzaqlaşmanın digər səbəbi qloballaşmadır:

“Bir el misalı var, deyir, ondan danışma, onun kitabı bağlanıb. Kitab açmayan xalq elə kitabını bağlamış kimi bir şeydir. Çünki nə qədər elmi-texniki yeniliklər olsa da, kitabın yerini heç nə verməz.

İndi qloballaşmadan bəhs edirlər. Əslində, bu proses bir dəfə olub. Qloballaşma elə ibtidai icma quruluşunda özünü göstərib. Bəşəriyyət də, insan da dairəvi hərəkət edir, düz xətlə getmir. İndi də qloballaşma gedir. Amma indiki qloballaşmanın ibtidai icma dövründən fərqi ondan ibarətdir ki, o vaxt texnologiya bu qədər inkişaf etməmişdi.

Kitabdan uzaqlaşmanın elə bir səbəbi də qloballaşmadır. Bunun bir çox böyük və xırda səbəbləri də var. Qayğılar, problemlər hər zaman olub. Adəm və Həvvadan başlayaraq. Mən bilən, qayğı burada elə də böyük rol oynamır. Bizdə milli şüur sıfırdan aşağıdır! Milli şüuru da tənzimləyən təhsildir. Təhsil özü isə yarımcandır, reanimasiya vəziyyətindədir. O milli şüuru necə tənzimləyə bilər?!”

Xatırladaq ki, “World Population Review”-nun reytinqinə görə, azərbaycanlılar il ərzində 3.25 ədəd kitab oxuyur. Ölkəmiz bu siyahıda keçmiş sovet ölkələri arasında 14-cüdür. Azərbaycan bu nominasiya üzrə sadəcə Türkmənistanı qabaqlayır.

Əlavə: Qonşu Qafqaz xalqları arasında gürcülərin il ərzində 4.3, ermənilərin isə 4.29 ədəd kitab oxuduğu məlum olub.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90