image-rt-reklam
image-1backend

Azərbaycanlı tələbələr bu ölkəyə buraxılmadı – RƏSMİ

image-728x90

Moldovaya girişinə icazə verilməyən 40-dan çox azərbaycanlı tələbə ölkəyə qaytarılacaq.

Ulusal.az xəbər verir ki, bunu “Report”un sorğusuna cavab olaraq Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə deyib.

O bildirib ki, Azərbaycanın Moldovadakı Səfirliyi məsələ barədə məlumatlıdır və qeyd edilən gənclərə hər bir dəstək göstərilib:

“Ukraynada təhsil almaq üçün yollanan azərbaycanlı tələbələrin universitetə qəbul sənədləri qaydasında olmadığı üçün Moldova tərəfi onların ölkəyə girişinə icazə verməyib. Tələbələr ölkəmizə geri qaytarılacaq”.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90