image-rt-reklam
image-5backend

Seymur Orucov Ağstafanın Düzqışlaq kəndi və Saloğlu qəsəbəsində növbəti dəfə vətəndaşları dinləyib

image-728x90

Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucovun mavafiq qrafik əsasında Düzqışlaq kənd və Saloğlu qəsəbə tam orta məktəb binalarında keçirdiyi vətəndaşların növbəti səyyar qəbullarında rayonun hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri, aidiyyəti üzrə təşkilatların nümayəndələri və yerli sakinlər iştriak ediblər.

RİH başçısı çıxışlarında Prezident İlham Əliyevin müvafiq tapşırıq və tövsiyələrinə uyğun olaraq Respublikanın hə yerində, o cümlədən Ağstafa rayonunda keçirilən vətəndaşların səyyar qəbulları və əhali ilə görüşlərin əhəmiyyətinə də toxunub. Qeyd olunub ki, başlıca məqsəd yerlərdə mövcud şəraiti sakinlərlə ətraflı müzakirə etmək və həlli vacib məsələlərin operativ həllinə nail olmaqdan ibarətdir. Həmçinin hər kəs vətəndaş məmnunluğunun artırılmasına xidmət edən “Rəqəmsal İcra Hakimiyyəti” (https://rih.gov.az) portalına mobil cihazları vasitəsi ilə daxil olub yaşadığı ünvanı tərk etmədən rahat qaydada Ağstafa Rayon İcra Hakimiyyətinə istənilən məzmunlu müraciətlərini edə bilərlər.

Vətəndaşların təklif və müraciətləri qabul olunaraq nəzarətə götürülüb, qaldırılmış məsələlərin qanunvericiliyin tələblərinə uyğun həll edilməsi istiqamətində aidiyyəti üzrə məsul şəxslərə konkret tapşırıqlar verilib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90