image-2000x150
image-img-20230326-wa0007backend

Biz öz doğma torpaqlarımızı işğalçılardan azad edəcəyik

image-728x90

Azərbaycan işğal dövründə bəyan edirdi ki, əgər məsələ sülh yolu ilə həll olunmasa, müharibə yolu ilə öz doğma torpaqlarımızı işğalçılardan azad edəcəyik.

Ermənistan rəhbərliyi o qədər azğınlaşmışdır ki, “ Qarabağ Ermənistandır və nöqtə” sözlərini deyərək, Azərbaycan xalqının haqlı hüququnu əlimizdən almaq istəyirdi. Ermənistanın arxasında dayanan qüvvələr, o cümlədən ovaxtkı Misnk qurupuna həmsədrlik edən ölkələr bu bəyanata heç bir reaksiya verməmişdilər;

Azərbaycan ərazisinin bir hissəsi 1988-1994-cü illərdə Ermənistan tərəfindən işğal olunmuş və burda heç bir ölkə tərəfindən tanınmayan qondarma Dağlıq Qarabağ Respublikası yaradılmışdır. Uzunsürən sülh danışıqları nəticəsiz qalmış və 2020-ci il 27 sentyabrda Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən əks-hücum əməliyyatı ilə torpaqların bir hissəsi azad edilmiş və 10 noyabr Bakı vaxtı ilə 01:00-da imzalanan üçtərəfli bəyanat ilə başa çatmışdır. Dünyanın siyasi müstəvisində özünü qabarıq şəkildə özünü göstərən əsas problemlərdən biri də ikili standartlarla bağlıdır. Vətən müharibəsinə kimi beynəlxalq ictimaiyyət Ermənistanın Qarabağ danışıqlarında qeyri-konstruktiv mövqe nümayiş etdirməsinə, danışıqların pozulmasına yönəlik addımlarına kəskin iradını bildirmirdi. Bu,bir həqiqətdir ki, 1992-ci il martın 24-də ATƏT çərçivəsində yaradılan Minsk qrupu və bu qrupun 1997-ci ildən həmsədrləri (ABŞ, Fransa və Rusiya) münaqişənin ədalətli həlli üçün təcavüzkara qarşı heç bir təzyiq göstərmək niyyətində olmayıb.Minsk qurupunun yarandığı vaxtdan indiyədək qəbul etdiyi sənədlərdə bir dəfə də olsun Ermənistanın işğalçılıq siyasətindən nəinki danışılmır, əksinə müxtəlif vaxtlarda digər beynəlxalq təşkilatların da işğal faktnın əks olunduğu sənədlərin qəbuluna etiraz edərək,məsələnin yalnız qurum çərçivəsində həll edilməsinə üstünlük vermişdi. Qurupun qəbul etdiyi sənədlərdə Azərbaycanın ərazi bütövlüyünün, sərhədlərinin toxunulmazlığının, suverenliyinin bərpasının zəruriliyi bildirilirdi. Lakin ATƏT-in Minsk qrupunun həmsədrlərinin fəaliyyəti onu göstərirdi ki, münaqişənin həlli yolunda müsbət irəliləyiş olmayacaq. Beləliklə,Minsk qrupunun həll etməli olduğu problemi 2020-ci ilin Vətən müharibəsində Azərbaycan 44 günə hərbi yolla həll etdi. Beləliklə, Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrini,ATƏT-in qaralarını yerinə yetirməklə 30 ilə yaxın idi ki,təhdid mənbəyi olan münaqişəyə son qoydu,ərazi bütövlüyünü təmin etdi.

Mürsəliyeva Ülviyyə Faiq / ADPU

 

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90