image-rt-reklam
image-1backend

Bakıda Sabunçu tunelində batan iki nəfərdən birinin meyiti çıxarılıb

image-728x90

Bakının Sabunçu rayonu ərazisində sel sularının tunelə dolması nəticəsində iki nəfərin batdığı bildirilir.

Ulusal.az-ın məlumatına görə, onlardan birinin cəsədi FHN qüvvələri tərəfindən sudan çıxarılıb.

FHN Mətbuat xidmətindən verilən məlumata Bakı şəhəri, Sabunçu rayonu ərazisində subasmaya məruz qalmış tuneldə FHN-in əməkdaşları tərəfindən 1976-cı il təvəllüdlü Şirinov Elnur Fazil oğlunun cəsədi suyun altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Batdığı ehtimal edilən digər şəxsin axtarışları davam edir.

Qeyd edək ki, hazırda ərazidə suyun çəkilməsi üçün işlər davam etdirilir.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90