image-2000x150
image-sebine-xasayecabackend

Azərbaycan gerçəklikləri bir daha tarixləşdi

image-728x90

Beynəlxalq təşkilatların fəaliyyəti beynəlxalq münasibətlər sistemində həmişə diqqəti çəkib. Belə münasibətlər çoxtərəfli münasibıtlər olduğundan təşkilatın fəaliyyəti daha da həssaslaşır. Nüfuzlu beynəlxalq platformalardan olan Qlobal Bakı Forumunun da fəaliyyəti dünyəviliyə əsaslanır. Bu forumun iştirakçılarının təmsilçilik səviyyəsi və intellektual potensialı aparıcı beynəlxalq konfnarslara uyğundur. Bu uyğunluq həm mahiyyət, həm də məzmun uyğunluğu ilə şərtlənir. 2023-cü il martın 9-da Azərbaycan Respublikasının Prezidenti cənab İlhma Əliyevin 60 ölkədən 350 nəfərin iştirak etdiyi “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumunda çıxışı dünyəvi proseslərə Azərbaycanın münasibəti kimi dinlənildi.

Tarix həm də ədəbiyyat tarixində yaşayır. XII əsr Azərbaycan ədəbiyyatı Nizami Gəncəvi əsridir. Mütəfəkkir şairin əsərlərinin aşıladığı ideyalar sistemini, onların poetik səviyyəsini, dünya ədəbiyyatına təsirlərini nəzərə alsaq, deyə bilərik ki, bu yaradıcılığa görə XII əsr həm də dünyada Nizami Gəncəvi əsri olub. Belə bir dəyərli yaradıcılıq əbədiyyətin cığırdaşıdır. Forumda Azərbaycan Respublikasının Prezidenti cənb İlham Əliyev qürurla dedi: “Nizami Gəncəvinin müdrikliyi və istedadı Azərbaycan xalqının istedadını və müdrikliyini təcəssüm etdirir. Nizami Gəncəvi Azərbaycanın qədim şəhərlərindən olan özünün doğma Gəncə şəhərində dünyaya göz açıb, yaşayıb, orada vəfat edib və dəfn olunub”. Dahi şair ürəklərdə də yaşayır. Azərbaycanda məxsusi Nizami Gəncəvinin yubileyləri həmişə böyük coşqu və sevgilərlə keçirilir.
Martın 2-də Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü keçirilmişdi. Bu görüş də dünyəvi proseslərə fəal və bəşəri müdaxilənin gərəkliyi ilə tarixləşmişdi.  X Qlobal Bakı Forumunda çıxışında Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşünü də xatırlatdı: “Azərbaycan Qoşulmama Hərəkatında 2019-cu ildə öz üzərinə götürdüyü və 120 dövlətin yekdil qərarı ilə daha bir il – 2023-cü ilədək uzadılmış sədrliyini başa çatdırır. Azərbaycan bir az passiv Qoşulmama Hərəkatını canlandırmağa çalışdı. Bu məqsədlə biz beynəlxalq tədbirlər və üç Zirvə toplantısı təşkil etdik. Biz COVID-19-a dair BMT Baş Assambleyasının Xüsusi Sessiyasının təşkilinin təşəbbüskarı olduq. Biz fəal çalışaraq pandemiya ilə mübarizə sahəsində məlumat bazasının yaradılmasına nail olduq ki, daha sonra o, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən istifadə edildi. Biz Zirvə toplantılarından birini pandemiya ilə mübarizəyə həsr etdik. Biz pandemiyanın ilk aylarında peyvənd millətçiliyinə və peyvəndlərin qeyri-bərabər paylanılmasına etiraz səsimizi ucaltdıq. Biz COVID-19-dan sonrakı dövr məsələsinə diqqət yönəltdik. Bununla yanaşı, biz əksəriyyəti Qoşulmama Hərəkatına üzv olan 80-dən artıq ölkəyə maliyyə və humanitar yardım etdik. Biz koronavirusla mübarizəni dəstəkləmək üçün Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində birbaşa ianə etdik. Biz Qoşulmama Hərəkatının institusional inkişafını təmin etməyə çalışdıq. Bu məqsədlə Qoşulmama Hərəkatının 60 illik tarixində ilk dəfə ölkəmizin təşəbbüsü ilə Parlament Şəbəkəsi yaradıldı”.
“Bu gün biz soyuq müharibənin bitməsindən sonra bu günədək baş vermiş bəlkə də ən ciddi Şərq-Qərb qarşıdurmasının şahidi oluruq. Qoşulmama Hərəkatı körpülərin salınmasında, münaqişələrin həllində yeni yanaşmaların formalaşdırılması və Qoşulmama Hərəkatının təməl prinsiplərinin – Bandunq Prinsiplərinin təmin edilməsində mühüm rol oynaya bilər və oynamalıdır. Həmin prinsiplər – sülh, əməkdaşlıq, ərazi bütövlüyünə və suverenliyə hörmət, habelə sərhədlərin toxunulmazlığından ibarətdir”. –Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu fikirləri də düşüncələri dünya nizamının konturlarına istiqamətləndirdi.  .
Dövlətlərarası münaqişələrin həlli yollarını xatırladan cənab İlham Əliyev qeyd etdi ki, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi Azərbaycanda humanitar fəlakətə səbəb olsa da, biz Ermənistanla münaqişəni dinc yolla həll etməyə çalışırdıq. Ancaq münaqişəni dinc yolla həll etmək və erməni qoşunlarının Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrini icra etmək üçün Ermənistanı inandırmaq cəhdlərimizə baxmayaraq, Ermənistan, sadəcə, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymadı və beynəlxalq hüquqa, beynəlxalq ictimaiyyətə hörmətsizlik göstərdi.
ATƏT-in Minsk qrupunun təsis edildiyini, 28 il müddətində heç bir real nəticəyə nail ola bilmədiyini, əslində, onun bu münqişəni dondurmaq niyyətində olduğunu xatırladan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dedi: “Hazırda rəsmi İrəvan üçün öz qonşuları ilə qonşu kimi davranmaq şansı yaranıb. Azərbaycan sülh istəyir. Biz hər hansı digər müharibəni istəmirik. Ötən ilin oktyabrında Azərbaycan ilə Ermənistan arasında razılaşdırılmış məsələlər, xüsusən də, bir-birinin suverenliyinə və ərazi bütövlüyünə hörmət əslində onu göstərir ki, sülhə nail olmaqda maneə yoxdur”
Azərbaycanın Avropaya öz təbii qaz təchizatını və ümumi qaz ixracını xeyli artırdığını, bu il 24 milyard kubmetrdən artıq qaz ixrac ediləcəyini, ən azı yarısının Avropaya nəql ediləcəyini, ötən ilin dekabrında Buxarestdə əlamətdar hadisə baş verdiyini – Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya Avropa Komissiyasının Sədrinin iştirakı ilə yaşıl enerji və onun ötürülməsinə dair Saziş imzaladığını, onun əsasında Azərbaycandan Avropaya dənizdən külək enerjisi stansiyalarından ötürmə xəttinin çəkiləcəyini, həmin ötürmə xəttinin bir hissəsinin Qara dənizin dibi ilə gedəcəyini və s. xatırladan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev daha sonra dedi: “Ötən il Azərbaycan ərazisindən keçən tranzitin həcmi 75 faizdən çox artıb. Bizim müasir daşımalar infrastrukturumuza tələbat heç vaxt olmadığı qədər böyükdür – dəmir yolları və avtomobil yolları mövcuddur, Xəzər dənizində ən böyük donanma və regionda ən geniş yük aviaparklarından biri yaradılıb. Biz daşımaların təhlükəsizliyinə həqiqətən də böyük töhfə vermişik. Çünki bu gün bir çox ölkənin daşımaların təhlükəsizliyinə ehtiyacı var. Onlar yeni marşrutlar axtarışındadır və həmin yeni marşrutlardan biri Azərbaycandan keçir”…
“Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumu Azərbaycan gerçəkliklərini bir daha tarixləşdirdi….

Səbinə XASAYEVA,
Milli Məclisin deputatı

 

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90