image-rt-reklam
image-1backend

Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması labüddür, amma erməni ictimaiyyəti buna hazır deyil – Politoloq

image-728x90

“Türkiyə ilə Ermənistan arasında uzun illərdir bağlı qalan sərhədlərin açılması ilə bağlı prosesdə yenidən ümidlər canlanıb. Türkiyənin Ermənistanla münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi Sərdar Kılıçın erməni həmkarı Ruben Rubinyan ilə tarixi Marqara sərhəd-keçid məntəqəsində keçirdiyi görüş iki ölkə arasında diplomatik əlaqələrin dərinləşdirilməsi və sərhədlərin açılması istiqamətində mühüm addım kimi qiymətləndirilir. Kılıcın səfəri zamanı verilən müsbət mesajlar, eləcə də Ermənistan tərəfinin bu məsələyə hazır olduğunu bəyan etməsi yaxın gələcəkdə müəyyən irəliləyişlərin baş verəcəyinə işarə edir.” – bu fikirləri saytımıza açıqlamasında politoloq Arzuman Muradlı bildirib. 

image-media-1677060887_arzuman-teze-1-2-z4v90wibp7m5ftq2luoa

Politoloq hesab edir ki,  bu yaxınlaşmaya baxmayaraq, Ermənistan daxilində, xüsusilə İrəvanda fəaliyyət göstərən və erməni cəmiyyətində əhəmiyyətli nüfuza malik olan daşnak siyasi qruplarının bu prosesə qarşı genişmiqyaslı etirazları müşahidə olunur.

image-3

“Sərdar Kılıcın səfəri zamanı keçirilən mitinqlər bu qüvvələrin sərhədlərin açılmasına və Türkiyə ilə əlaqələrin normallaşmasına qarşı olduğunu ortaya qoyur. Bu da göstərir ki, rəsmi İrəvanın mövqeyi ilə erməni ictimaiyyəti arasında müəyyən ziddiyyətlər mövcuddur və yaxınlaşma prosesinin irəliləməsi üçün daxili siyasi müstəvidə ciddi çətinliklər qalmaqdadır. Bununla yanaşı, bu proses yalnız iki ölkə arasındakı münasibətlərlə məhdudlaşmır. Sərhədlərin açılması və əlaqələrin normallaşdırılması Cənubi Qafqazda daha geniş regional sülh və sabitlik prosesinin ayrılmaz hissəsidir. Belə ki, uzun müddətdir davam edən qarşıdurmaların aradan qaldırılması və regionda əməkdaşlığın inkişaf etdirilməsi üçün Türkiyə, Ermənistan və digər qonşu dövlətlər arasında qarşılıqlı etimadın bərpası olduqca vacibdir. Sərhədlərin açılması həm iqtisadi, həm də siyasi baxımdan region üçün yeni imkanlar açacaq, tranzit və ticarət əlaqələrini genişləndirəcək.” -deyə Arzuman Muradlı bildirib.

Politoloq hesab edir ki, hər iki ölkənin  qarşılıqlı kompromislərə hazır olması zəruridir.

“Ermənistanda daşnakların nümayiş etdirdiyi müqavimət prosesi yavaşlada və ya çətinləşdirə bilər, lakin diplomatik səylər davam etdikcə bu maneələrin də aradan qalxması mümkündür.Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması və münasibətlərin normallaşması uzun və mürəkkəb bir proses olsa da, bu istiqamətdə atılan addımlar regionda sülhün, sabitliyin və əməkdaşlığın inkişafı üçün əsaslı zəmin yaradır. Qarşıdakı dövrdə həm iki ölkənin, həm də regional aktorların bu prosesi dəstəkləməsi, daxili və xarici siyasi təzyiqlərə qarşı davamlılıq göstərməsi vacibdir.”- deyə Arzuman Muradlı bildirib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90