image-rt-reklam
image-1backend

ABŞ-da Süleyman Kərimovun 250 milyon dollarlıq superyaxtası hərraca çıxarıldı – TƏFƏRRÜAT

image-728x90

Qafqazlı milyarder, Rusiyanın ən varlı və nüfuzlu şəxslərindən biri hesab olunan Süleyman Kərimovun adına çıxarılan dünyanın ən bahalı super yaxtalarından biri ABŞ hökuməti tərəfindən hərraca çıxarılıb.

Ulusal.az  xəbər verir ki, uzunluğu 106 metr olan “Amadea”da sonsuzluq hovuzu, səkkiz yataq otağı, sauna və helikopter meydançası var. Hərrac möhürlənmiş təklif əsasında ötən gün, sentyabrın 10-da keçirilib. Nəticələr hələ açıqlanmayıb. Hərracda iştirak etmək üçün şərtlərdən biri 10 milyon ABŞ dolları məbləğində depozit qoymaqdır.

Superyaxta “Amadea” 2022-ci ilin mayında Fici sahillərində ABŞ Ədliyyə Departamentinə bağlı KleptoCapture qrupları tərəfindən ələ keçirilib. Bu komanda Rusiyanın Ukraynadakı müharibəsindən sonra rus oliqarxlarının “qanunsuz qazanclarını izləmək” və onlara qarşı sanksiyaları həyata keçirmək üçün yaradılıb. ABŞ 2022-ci ildə “Amadea”nı 230 milyon dollar dəyərində qiymətləndirmişdi. ABŞ rəsmiləri superyaxtanın rusiyalı siyasətçi və iş adamı Süleyman Kərimova məxsus olduğunu açıqlasa da, Kərimov bu iddianı rədd edir. Tikintisi 2017-ci ildə başa çatdırılan “Amadea” o zaman 250 milyon dollara başa gəlib. KleptoCapture qrupları tərəfindən ələ keçirilən bir çox super yaxtalar, təyyarələr və lüks mülklər qanuni müstəvidə qalır. Ötən il ABŞ Konqresi ölkənin hərbi müdafiəsini gücləndirmək üçün ələ keçirilən Rusiya aktivlərinin Ukraynaya verilməsini nəzərdə tutan qanun qəbul edib. Lakin “KleptoCapture” komandası Donald Tramp ABŞ prezidenti olduqdan sonra baş prokuror vəzifəsinə təyin olunan Pam Bondi tərəfindən ləğv edilib. 2017-ci ildə tamamlanan və o zaman qiyməti 325 milyon dollar olan yaxtanın transfer prosesində yarana biləcək çətinliklər səbəbindən bu qiymətdən çox aşağıya alıcı tapacağı gözlənilir. Satış prosesinin illər çəkə biləcəyi gözlənilir. “Amadea” hazırda Kaliforniyanın San Dieqo şəhərində yerləşir. 2022-ci ildə ələ keçirildikdən sonra superyaxtada çəkiliş aparmaq üçün icazə almışdı. Təxminən futbol meydançası (106 metr) uzunluğunda olan “Amadea”nın bir ucunda helikopter meydançası, digər ucunda isə 10 metrlik “sonsuzluq hovuzu” var. Üfüqdə uzanmış kimi görünən hovuzlara sonsuzluq hovuzları deyilir. “Amadea”nın otaqlarından birində dəbdəbəli mebellərlə dolu dəniz mənzərəli kabin var. Superyaxtada idman zalları və gözəllik salonları, kinoteatr və şərab zirzəmisi də var. O, səkkiz dəbdəbəli kabinədə 16 qonağı qəbul edə bilir və 36 ekipaj üzvü üçün yaşayış yeri var. Mart ayında Nyu-Yorkda keçirilən məhkəmə iclasında hakim Deyl Ho superyaxtanın ABŞ hökumətinə təhvil verilməsini təsdiqləyib. ABŞ hökuməti super yaxtanı Fraser Yacht adlı broker firması tərəfindən keçirilən hərracda da satışa çıxarıb. ABŞ-da hakim həmçinin superyaxtanın “Süleyman Kərimovun ailəsinə məxsus olması” barədə kifayət qədər sübutun olduğuna qərar verib. Rusiya parlamentinin deputatı və milyarder iş adamı Kərimov yaxtaya sahiblik iddiasını rədd edir. Kərimovun nümayəndələri 2022-ci ildə verdikləri açıqlamada “Amadea”nın sahibliyi ilə bağlı iddiaların əsassız olduğunu iddia ediblər. Rusiyalı parlamentari Kərimov 2018-ci ildən “Rusiya Federasiyası hökumətinin rəsmisi olduğu üçün” ABŞ tərəfindən sanksiyaya məruz qalıb. 59 yaşlı Kərimov “Forbes” jurnalına görə Rusiyanın ən varlı adamlarından biridir. Jurnalın hesablamalarına görə, Kərimov və ailəsinin aktivləri təxminən 16,4 milyard dollardır. Kərimov Sovet İttifaqının dağılmasından sonra sərvətini ölkənin ən böyük qaz və qızıl istehsalçıları da daxil olmaqla Rusiya şirkətlərində böyük paylar almaqla toplayıb. “Rosneft” dövlət neft şirkətinin keçmiş baş direktoru Eduard Xudainatov yaxtanın ona məxsus olduğunu iddia edir. Rusiyanın dövlət neft nəhəngi “Rosneft”in keçmiş baş direktoru Eduard Xudainatov 2023-cü ildə yaxtanın ona məxsus olduğunu iddia edib. Xudainatov ABŞ-ın yox, Avropa İttifaqının sanksiyaları altındadır. Xudainatovun vəkili Adam Ford iddia edir ki, prokurorların Kərimovun “Amadea”nın sahibi olduğunu sübut edəcək heç bir şahid yoxdur. Vəkil Ford yanvarın 21-də keçirilən iclasda iddia edib ki, Süleyman Kərimovun gəmi ilə əlaqəsini sübut edəcək heç nə yoxdur. Bununla belə, prokurorlar Xudainatovun Kərimovun adına “yalançı mülkiyyət” iddiasında olduğunu iddia edirlər. Dənizçi geyimində iki kişi göyərtədə dayanır və onun üstündə bir qayıq asılır. Helikopter meydançasının kənarı səhnənin solunda, ağ örtüklü oturma sahəsi isə sağdadır. Foto günəşli bir gündə çəkilib deyə göyərtədəkilərin üz cizgilərini, kimliklərini ayırd etmək mümkün olmur. Hakim Dale Ho mart ayında qərar verdi ki, Xudaynatovun yaxtaya sahiblik iddiası yoxdur və bu, hərraca zəmin yaradıb. Məhkəmə sənədlərinə görə, ABŞ agentlikləri 2022-ci ilin iyununda ələ keçirildikdən sonra nəqliyyat, texniki xidmət, saxlama və digər xərclərə 32 milyon dollar xərcləyib.

Süleyman Kərimov kimliyinə gəlincə, o 1966-cı ildə Dərbənddə dünyaya gəlib. Uşaq yaşlarından cüdoya və ağır çəki daşlarını qaldırmaq üzrə çoxnövçülüyə maraq göstərib. Orta məktəbi qızıl medalla bitirdikdən sonra dəqiq elmlər və riyaziyyata maraq onu Dağıstan Politexnik İnstitutuna gətirib. Sonradan Sovet Ordusu sıralarında strateji təyinatlı raket qoşunlarında hərbi xidmət çəkib. Əsgərliyini başa vurduqdan sonra “Eltov” elektron zavoduna iqtisadçı kimi işə düzəlib. Qısa zaman ərzində özünü istedadlı mütəxəssis kimi təsdiq edən S. Kərimovu sonra baş direktorun iqtisadi məsələlər üzrə məsləhətçisi təyin edirlər. SSRİ-nin süqutundan sonra elektron avadanlıqları istehsal edən zavodlar arasında müxtəlif formalı maliyyə problemləri yaranmışdı. Bu çətinlikləri aradan qaldırmaq üçün o illər Federal sənaye bankı yaradılır. 1993-cü ildə Moskvaya gələn Süleyman Kərimov “Eltov” müəssisəsinin maraqlarını bu bankda təmsil etməyə başlayır. Mənim nəslimdən olan insanlar total hiperinflyasiya və defolt dövrünü yaxşı xatırlayırlar. Elə bu dövrdə elektron zavodlar Federal sənaye bankının nəzarətindən çıxmağa başlayır. Və o zaman Süleyman Kərimov müstəqillik əldə edən zavodların səhmlərini satın almağa başlayır. Bu müəssisələrin nəzarət paketlərini əlində cəmləşdirməsi S. Kərimov üçün böyük biznesə aparan yolda sıçrayış nöqtəsi olur. 1999-cu ildə Süleyman Kərimov Beynəlxalq Korporasiya İnstitutunun vitse-prezidenti olur. Bu, onun uğurlu maliyyə və idarəçilik fəaliyyətinə verilən yüksək qiymət idi. S. Kərimovun növbəti zirvəsi “Nafta-Moskva” neft-reyder kompaniyasının əldə edilməsi oldu. Bu şirkət “Soyuznefteksport”un varisi idi. Buna paralel olaraq S. Kərimov 1993-cü ilin dekabrında Dövlət Dumasının deputatı seçilir. Ancaq bu yüksək kürsüyə seçilmək ona öz kapitalını artırmaqda maneə olmadı. 2004-cü ilin ortalarında nəhəng dövlət şirkətləri “Qazprom” və “Sberbank”ın səhmlərinin müəyyən faizini əldə etməsi nəticəsində o, kapitalını bir qədər də artırdı. Sonradan uğurla həyata keçirilən layihələr oliqarxın kapitalının nə az, nə çox 2 dəfə artmasına gətirib çıxardı. 2003-cü ildə Süleyman Kərimovu ikinci dəfə Rusiya Dövlət Dumasına deputat seçirlər. Bir il sonra isə “Nafta” Rusiyada qızıl və gümüş hasilatı üzrə aparıcı mövqelərdən birini tutan “Polimetal” kompaniyasını əldə edir. Qiymətli metalların dünya bazarlarında qiymətinin günü-gündən artması hasilatı rentabelli etməklə bərabər, təbii ki, gələcəkdə S. Kərimovun kapitalının artmasına öz töhfəsini verəcək. 2006-cı ildə S. Kərimov “Nafta-Moskva”nı investisiya korporasiyasına çevirir. Və sonra bu şirkət birbaşa investisiyalar fonduna çevrilir. Beləliklə, Süleyman Kərimovun biznesi onun savadı və bitib-tükənməyən iddiaları sayəsində günü-gündən inkişaf edir. Ötən il isə “Mosteleşəbəkə” və “Milli kabel şəbəkəsi” kompaniyaları onun nəzarətinə keçib. Bütün bu biznes layihələrini həyata keçirən Süleyman Kərimov ölkə ictimaiyyəti qarşısında borcundan çıxmağı da unutmur. “Nafta-Moskva” kompaniyası Rusiya futbol ittifaqının və bu ölkənin sərbəst güləş üzrə milli yığma komandasının baş sponsorudur. Bundan əlavə şirkət məmnuniyyətlə xeyriyyəçilik tədbirlərində də iştirak edərək müxtəlif sosial tədbirlərin həyata keçirilməsinə iri məbləğdə vəsait ayırır. Hazırda “Forbes” dərgisinin məlumatına görə, S. Kərimovun var-dövləti 12,8 milyard dollar civarındadır. “İzvestiya” qəzeti isə oliqarxın kapitalının 17,5 milyard dollar olduğunu bildirir.

O, Londonda 60 milyon dollar dəyərində olan mülkün sahibidir. Onun Aralıq dənizi sahilindəki villasının və torpaq sahəsinin qiyməti isə deyilənlərə görə, 300 milyon avro civarındadır.Musavat.com

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90