İranın diplomatı, azərbaycanlı Əmir Musəvi rəsmi dəvətlə getdiyi Misirdə hava limanına çatdıqdan sonra yoxa çıxıb.Ulusal.az xəbər verir ki, bu barədə Al Masalah mənbəyə istinadən məlumat yayıb.
Mənbənin açıqlamasına görə, Musəvi Misirdə fəaliyyət göstərən bir sıra tədqiqat mərkəzlərindən dəvət almışdı. Ona həm İran, həm də İraq pasportu təqdim olunub, təhlükəsizlik icazəsi və ölkəyə giriş vizası da verilib.
Lakin o, hava limanına endikdən dərhal sonra saxlanılıb və sorğu-sual edilib. Sonuncu dəfə Musəvi sosial şəbəkədə hava limanına çatmazdan əvvəl görünüb.
Məlumata əsasən, keçmiş diplomat və hazırda siyasi təhlilçi Qahirədə Əl-Farabi adına Siyasi və Elmi Araşdırmalar Mərkəzində fəaliyyətə başlamalı idi. Onun da qatıldığı seminarda strateji sahələr üzrə ekspertlər Misir və İran arasında iqtisadi və texnoloji əməkdaşlıq perspektivlərini müzakirə ediblər.
Misir hakimiyyəti Musəvinin yoxa çıxması ilə bağlı hələlik rəsmi açıqlama verməyib.