İsrail Müdafiə Ordusu (CAXAL) Livanın şərqində, Beka vadisində yerləşən “Hizbullah” təşkilatına məxsus obyektləri hava zərbələri ilə vurub. Bu barədə İsrail mediası məlumat yayıb.
Bundan əlavə, CAXAL Livanın cənubunda, İsrail sərhədindən təxminən 20 km aralıda yerləşən Əz-Zərariyyə bölgəsində təşkilata məxsus infrastruktur obyektlərinə də hücumlar həyata keçirib.
İsrail ordusu bildirib ki, bu obyektlərin mövcudluğu İsrail ilə Livan arasında mövcud olan razılaşmanın pozulması deməkdir.
Xatırladaq ki, daha əvvəl Rusiya mətbuatı İsrailə məxsus pilotsuz uçuş aparatının (PUA) Livanın cənubundakı Tirə bölgəsində bir motosikleti raketlə vurduğunu yazmışdı. Hücumun hədəfi “Hizbullah” üzvü Vasim Əcba olmuşdur.