image-rt-reklam
image-1backend

Tramp: “Putinə qarşı səbrim tükənir, çox sərt addımlar atıla bilər”  

image-728x90

ABŞ Prezidenti Donald Tramp Kremlin Ukrayna ilə sülh danışıqlarına “ara verilməsi” barədə açıqlamasından sonra Rusiya Prezidenti Vladimir Putinə qarşı səbrinin “tezliklə tükənəcəyini” bildirib. Tramp Rusiyaya qarşı sərt sanksiyaların tətbiq oluna biləcəyini istisna etməyərək, qarşılıqlı razılaşma arzusunda olduğunu vurğulayıb.

Ulusal.az xəbər verir ki, Fox News telekanalına müsahibəsində Tramp Putinin münaqişəni dayandırmaq istəməməsinin səbrini sınağa çəkib-çəkməməsi ilə bağlı suala “Putinə qarşı səbrim demək olar ki, tükənib və sürətlə tükənir, amma rəqs  etmək üçün iki nəfər lazımdır” cavabını verib.

Tramp həmçinin Rusiya Prezidenti Vladimir Putinlə Ukrayna Prezidenti Volodimir Zelenski arasında görüşün baş tutmamasının səbəbini də şərh edib: “Putin görüşmək istəyəndə Zelenski istəmədi, Zelenski görüşmək istəyəndə isə Putin razı olmadı. İndi Zelenski görüşmək istəyir, amma Putinin mövqeyi hələ aydın deyil”.

Kremlin sözçüsü Dmitri Peskov isə ABŞ prezidentinin üç ilə yaxındır davam edən sülh təşəbbüslərinin uğursuzluğa düçar olması fonunda Rusiya və Ukrayna arasında aparılan barışıq danışıqlarının müvəqqəti dayandırıldığını bildirib. Peskov jurnalistlərə açıqlamasında deyib: “Müzakirə heyətimiz hələ də müxtəlif kanallar vasitəsilə əlaqə saxlayır, lakin hazırda prosesin dayandırılması daha doğru ifadə olunar. Ukrayna danışıqlarından sürətli nəticələr gözləmək real deyil”.

Qeyd edək ki, Trampın açıqlamaları Rusiyaya qarşı təzyiqlərin artırıla biləcəyi siqnalı kimi qiymətləndirilir və yaxın günlərdə daha sərt sanksiyaların tətbiq olunacağı ehtimal edilir.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90