Bakıda 201 nömrəli tam orta məktəbdə 20 ildən çoxdur çalışan 3 müəllim eyni vaxtda işdən çıxarılıb.
Ulusal.az Xəzər TV-yə istinadla xəbər verir ki, həmin müəllimlər işdən çıxarılmalarına səbəbin direktor Afaq Əliyevdan dövlət qurumlarına şikayət etmələri olduğunu iddia edirlər.
Müəllimlərdən biri Saleh Məmmədovdur. O iddia edir ki, direktor Afaq Əliyeva şəxsi intriqalarla onu işdən uzaqlaşdırıb. İşdən çıxarılan digər müəllim Kəmalə Mönsümova da həmkarları ilə eyni fikirləri bölüşüb.
Direktor Afaq Əliyeva məsələ ilə bağlı heç bir açıqlama verməyib və bildirib ki, məlumat almaq üçün Bakı Şəhəri üzrə Təhsil İdarəsinə müraciət edilsin.
İdarədən bildirilib ki, 201 nömrəli tam orta məktəbin qeyd olunan 3 müəllimi təhsil müəssisəsinin iş ahəngini, etik davranış qaydalarını və əmək qanunvericiliyinin tələblərini, məktəbin daxili nizam-intizam qaydalarını pozduqlarını pozub.
Məktəb direktoru Afaq Əliyeva adının hallandığı 4 məhkəmə işinin hər birini uduzub. Buna baxmayaraq, hələ də vəzifəsini icra edir.