“Azərbaycan türkünün bizim həyatımızda ayrı yeri var. Bütün fəaliyyətlərimizi qardaşlıq anlayışına uyğun davam etdririrk. Bəxtiyar Vahabzadənin dediyi kmi, biz bir ananın iki övladıyıq”.
APA-nın İstanbul müxbiri xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar Ankarada Zəfər Bayramına həsr olunmuş “Qardaşlığımızın Zəfəri” adlı tədbirdə çıxışı zamanı bildirib.
O qeyd edib ki, iki ölkə vətəndaşları heç bir zaman bir millət iki dövlət olduğumuzu unutmamalıyıq, Türkiyə Can qardaşlarının haqlı mübarizəsində hər zaman yanında olub və olmağa davam edəcək.
“Ermənistan Azırbaycanlı qardaşlarımızın torpaqlarını işğal etdiyini, bir milyondan çox insanın torpaqlarından didərgin düşməsini, Xocalı soyqırımının törədildiyini görməyənlər sonradan ortaya çıxıb. Bunlar, həmçinin, ATƏT-in Minsk Qrupu, 30 il ərazində səslərini çıxarmadılar. İndi isə Avropa Birliyi çərçivəsində, atəşkəsə nəzarət etmək adı ilə buraya gəlirlər. Çox şükür ki, 44 gün davam edən müharibədən sonra Azərbaycan torpaqları azad edildi. Azərbaycan əsgəri torpaqlarını azad edə biləcək gücə sahib olduğunu, türkün gücünü dünyaya göstərdi”, – deyə o bildirib.