image-rt-reklam
image-1backend

AVRO-2024: Türkiyə millisi 1/4 finala yüksəldi

image-728x90

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında Avstriya və Türkiyə yığmaları arasında 1/8 final görüşü başa çatıb.

Leyptsiqdəki “Red Bull Arena”da “ay-ulduzlular” qələbə qazanıb – 2:1.

Türkiyə millisinin heyətində 1-ci və 59-cu dəqiqələrdə fərqlənən Merih Demiral dubl müəllifi olub. 66-cı dəqiqədə avstriyalılardan Mixael Qreqoriç fərqlənib.

Türkiyə millisi 1/4 finalda Niderlanda rəqib olub.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90