“Eyüpspor”un baş məşqçisi Arda Turanın anası Yüksel Turan həbs olunub.
Ulusal.az xəbər verir ki, o, Bayrampaşadakı evlərində qanunsuz tikinti aparmaq ittihamı ilə mühakimə olunub. İstanbul Cəza Məhkəməsində hakim qarşısına çıxan Yüksel Turan “Tikintinin qaydalarını pozma” cinayətinə görə 10 ay müddətinə azadlıqdan məhrum edilib.
Bayrampaşa Bələdiyyəsi tərəfindən aparılan araşdırmalarda sabiq futbolçunun anasının yaşadığı binanın çardağında qanunsuz tikinti işi aparıldığı müəyyən edilib. İstintaq hesabatlarına görə, 2020-ci ildə verilən hesabatdan sonra başlanan araşdırmada binanın çardağının qeyri-qanuni olaraq yeni müstəqil hissə kimi təşkil edildiyi müəyyən edilib.
Məhkəmə prosesində müdafiə çıxışında Yüksel Turan etdiyi dəyişikliklərin sadə təmir olduğunu və heç bir qanunsuz tikinti aparılmadığını bildirsə də, məhkəmənin ekspertiza rəyinə əsasən qərar verdiyi bildirilib.
Arda Turanın anasına verilən həbs cəzasının hüquqi proseslər tamamlandıqdan sonra icra ediləcəyi qeyd edilib.