image-rt-reklam
image-7-shurabackend

Ağstafa RİH başçısı yanında Şuranın növbəti iclasında 2024-cü ilin doqquz ayı ərzində rayonun sosial-iqtisadi inkişafının yekunları müzakirə edilib

image-728x90

Ağstafa RİH başçısı aparatının inzibati binasında Seymur Orucovun sədrliyi ilə keçirilən iclasda rayonun hüquq-mühafizə strukturlarının rəhbərləri, aidiyyəti idarə, müəssisə və təşkilatların məsul şəxsləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

RİH başçısı giriş nitqində Prezident İlham Əliyevin Azərbaycanın tərəqqisi, xalqımızın firəvanlığı naminə yürütdüyü uğurlu daxili və xarici siyasətdən, ölkəmizin dinamik sosial-iqtisadi inkişafından, hərbi qüdrətindən, növbəti ay paytaxtımızda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının yüksək əhəmiyyətindən söz açıb, eyni zamanda, 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Ağstafa rayonunda icra olunan silsilə tədbirlər, genişmiqyaslı ağacəkmə aksiyaları barədə məlumat verib. Gündəlikdə duran məsələləri iclas iştirakçılarının diqqətinə çatdıran RİH başçısı rayonun 2024-cü ilin doqquz ayı ərzində sosial-iqtisadi inkişafının yekunları barədə geniş məruzə ilə çıxış edib. Qeyd olunub ki, Ağstafa rayonu üzrə 2024-cü ilin doqquz ayı ərzində həyata keçirilmiş bir sıra tədbirlər nəticəsində rayonda 650 nəfər işlə təmin olunmuş, iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edən rayonda cari ilin yanvar-sentyabr ayları ərzində kənd təsərrüfatı məhsullarının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 3,7 faiz artmışdır ki, bu dövlət tərəfindən fermerlərə verilən dəstək, subsidiya, texnika təminatı nəticəsində əldə olunmuşdur. Hesabat dövründə bir sıra kommunal mənzillərdə, çoxmənzilli yaşayış binalarında müvafiq təmir işləri aparılıb, həyətlərində abadlıq-quruculuq işləri görülüb, bəzi küçələr təmir olunaraq yeni asfalt qatı salınıb. Hazırda bu istiqamətdə işlər planlı şəkildə davam etdirilir.

Sonra rayonun müvafiq kommunal və xidmət təşkilatlarında görülmüş işlər, daxil olmuş ərizə, şikayət məktublarına baxılmasının vəziyyətinə dair Şəmkir Regional Qaz İstismar İdarəsinin Ağstafa Xidmət Sahəsinin rəisi Anar Qocayev, Ağstafa Elektrik Şəbəkəsinin rəisi Bəhruz Tağızadə, “Aztelekom” MMC-nin Qərb Regional Filialının Ağstafa şöbəsinin müdiri Bəxtiyar Quliyev, Ağstafa Su Meliorasiya Sistemləri İstismarı İdarəsinin rəisi Fərid Eyyubovun arayışları dinlənilib.

Ağstafa rayon prokuroru Anar Cəfərov və rayon Polis Şöbəsinin rəisi Vüqar Xəlilov Azərbaycan Respublikası qanunlarının icrası və həmin qanunvericilik aktlarının həyata keçirilməsindən söz açıblar.

Gündəlikdə duran məsələlər ətrafında geniş müzakirələr aparılıb, bəzi çatışmazlıq və nöqsanlarla bağlı aidiyyəti üzrə məsul şəxslərə ciddi iradlar bildirilib, məsələlərin qısa müddət ərzində həll edilməsi istiqamətində konkret tapşırıqlar verilib və Şuranın müvafiq qərarları qəbul edilib.

 

 

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90